“Azərbaycan ŞƏT ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir”

Energetika 14:03 26.06.2025

Dialoq tərəfdaşı olan Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir.

“EDnews” xəbər verir ki,  bunu nazir Pərviz Şahbazov Çinin Ninqbo şəhərində keçirilən ŞƏT-in energetika nazirlərinin iclasının açılış mərasimində və “Sənaye innovasiyası dayanıqlı enerji inkişafının hərəkətverici qüvvəsidir” adlı forumunda çıxışı zamanı bildirib.

O bildirib ki, Prezident İlham Əliyevin son illərdə təşkilatın Zirvə toplantılarında fəal iştirakı və bu platforma çərçivəsində Çinlə strateji tərəfdaşlıq Bəyannaməsinin imzalanması bu əməkdaşlığın əhəmiyyətini nümayiş etdirir. Bu ilin aprelində Pekində imzalanmış hərtərəfli strateji tərəfdaşlığın qurulmasına dair Bəyanatın isə Azərbaycan-Çin münasibətlərində yeni mərhələ olmaqla yanaşı, təşkilatla da əməkdaşlığın güclənməsinə təkan verdiyi qeyd edilib.

Bu platformada ölkələrin fosil ehtiyatları, bərpa olunan enerji potensialı, infrastruktur və texnoloji imkanlar kimi müxtəlif üstünlüklərinin bir-birini tamamlayaraq çoxtərəfli enerji əməkdaşlığı və ədalətli enerji keçidi üçün əlverişli zəmin yaratdığı, xüsusilə Çinin qabaqcıl texnologiya və innovasiyaların tətbiqi ilə bu prosesə mühüm töhfə verdiyi vurğulanıb.

Azərbaycanın ŞƏT ölkələri ilə enerji tərəfdaşlığında Çin, Qazaxıstan və Özbəkistanla birgə həyata keçirilən “yaşıl enerji” layihələrindən bəhs edilib. Bildirilib ki, Azərbaycan Çinlə texnologiya transferindən birgə layihələrə, elmi-tədqiqat əməkdaşlığından insan kapitalının inkişafına qədər əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Prezident İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında mövcud olan səmimi dostluq münasibətləri və Azərbaycan-Çin əlaqələrinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, “yaşıl enerji” gündəliyinin sürətli inkişafına güclü impuls verir. Çin şirkətlərinin hazırda Azərbaycanın “yaşıl enerji” strategiyasının reallaşdırılmasında həm podratçı, həm də investor qismində mühüm rol oynadıqları, bu şirkətlərlə mərhələli şəkildə ümumilikdə təxminən 2,3 QVt gücündə külək - günəş elektrik stansiyalarının inşası, həmçinin Xəzər dənizində təxminən 2 QVt gücündə külək enerjisi layihələrinin inkişafının planlaşdırıldığı qeyd olunub.

Nazir deyib ki, Çinlə tərəfdaşlıq Xəzər dənizinin 157 QVt-lıq külək enerjisi potensialı və Mərkəzi Asiyanın “yaşıl enerji” resurslarına əsaslanan “yaşıl enerji dəhlizləri”nin reallaşdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır: “Azərbaycan, Qazaxıstan və Özbəkistanın birgə layihəsi - “Transxəzər Yaşıl Enerji Dəhlizi” “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizləri və interkonnektorları ilə inteqrasiya edilməklə, Asiya ilə Avropa arasında yerləşən “Orta Dəhliz” boyunca bərpa olunan enerjinin genişmiqyaslı və fasiləsiz ötürülməsinə imkan yaradacaq. “Yaşıl enerji” interkonnektorları coğrafi baxımdan qeyri-bərabər paylanmış və təbiəti etibarilə dəyişkən olan günəş və külək enerjisinin ehtiyac olan regionlara çatdırılmasına, bərpa olunan enerjinin səmərəli istifadəsinə və enerji sistemləri arasında qarşılıqlı dayanıqlığın təmininə xidmət edən kritik infrastruktur elementləridir".

O qeyd edib ki, bu kontekstdə regionlararası inteqrasiya ŞƏT ölkələrindən Azərbaycana, buradan isə Türkiyə və Avropa bazarlarına “yaşıl enerji”nin ötürülməsi üçün əsas vasitəyə çevriləcək: "Bu əməkdaşlıq Çin üçün texnologiya transferi və investisiya imkanlarının genişlənməsi ilə yanaşı, “Yaşıl İpək Yolu” təşəbbüsünü və ŞƏT-in enerji gündəliyini praktik nəticələrlə dəstəkləyən platforma olacaq".

Nazir, həmçinin enerji təhlükəsizliyi, iqlim öhdəlikləri və iqtisadi davamlılıq kimi çağırışlarla dərin transformasiya mərhələsində olan qlobal enerji sektorunda innovasiyaların roluna dair fikirlərini bölüşüb. Azərbaycanın “yaşıl enerji zonaları” modeli, növbəti 5 ildə quraşdırılmış gücdə bərpa olunan enerjinin payını 38 %-ə, 2035-ci ildə isə təxminən 43 %-ə çatdırmaq üçün külək və günəş stansiyalarının tikintisi, dənizdə külək enerjisinin istifadəsi, həmçinin interkonnektorlar layihələrinin məhz innovasiyalara əsaslandığı diqqətə çatdırılıb.

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

İzmirdəki meşə yanğını söndürüldü
16:53 26.06.2025
"Hörmüz boğazının bağlanması böyük bəlalara səbəb ola bilər"
16:38 26.06.2025
"Ermənistan yalnız sülhə əməl etdiyi təqdirdə təcriddən çıxa bilər" -Müsahibə
16:19 26.06.2025
Əli Xamenei İran xalqını təbrik etdi
16:02 26.06.2025
Floridada Tornado evləri "yıxdı"
15:48 26.06.2025
Etiketlə yarışıb, reklamla vuruşanlar – rəqabət qaydalarını kimlər pozub?
15:31 26.06.2025
"Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq"
15:06 26.06.2025
Futbolçular arasında dava düşdü
14:50 26.06.2025
"Qiyamət günü" radiostansiyası qəfil aktivləşdi
14:34 26.06.2025
Aİ liderlərinin ənənəvi görüşü başlayır
14:20 26.06.2025
“Azərbaycan ŞƏT ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir”
14:03 26.06.2025
Şimali Koreya Rusiyaya əlavə qoşun göndərə bilər
13:47 26.06.2025
"Qalatasaray" David Alabanın agenti ilə danışıqlara başladı
13:34 26.06.2025
Moskvada Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib
13:17 26.06.2025
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümünü təbrik edib
13:02 26.06.2025
İlham Əliyev Pezeşkianı Azərbaycana dəvət etdi
12:59 26.06.2025
Milyonçular hara köçür?
12:43 26.06.2025
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
12:33 26.06.2025
FTB İrana uğursuz zərbələrlə bağlı məlumatları KİV-ə sızdıran şəxsi axtarır
12:07 26.06.2025
Azərbaycan lideri Pezeşkianı təbrik edib
11:45 26.06.2025
Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirildi
11:20 26.06.2025
BAMF Azərbaycan ordusunu təbrik etdi
10:59 26.06.2025
Çində daşqın nəticəsində altı nəfər həlak olub
10:34 26.06.2025
Hərbi Parada başlanğıc Prosesindən -FOTOLAR
10:14 26.06.2025
Azərbaycan nefti bahalaşdı
10:08 26.06.2025
İsrail ordusunun zərbələri nəticəsində Qəzzada 80 nəfər həlak olub
09:54 26.06.2025
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
09:07 26.06.2025
Gəlin tartiximizə, mədəniyyətimizə, mədəni irsimizə məsuliyyətlə yanaşaq
09:02 26.06.2025
NATO sammiti Ukraynanın vəziyyətini yaxşılaşdırmayacaq
08:35 26.06.2025
Niderland kraliçası Trampı yamsıladı
08:12 26.06.2025
İŞİD lideri Livanda tutuldu
07:38 26.06.2025
"CNN-nin jurnalistini "iti qovan kimi" qovmaq lazımdır"
07:26 26.06.2025
Yerin fırlanma sürəti artır
06:54 26.06.2025
Qitələrdən biri parçalana bilər
06:31 26.06.2025
Xırçıldayan qidalarla arıqlama arasında əlaqə müəyyən edilib
05:56 26.06.2025
Azərbaycanda Məhərrəm ayı başladı
05:29 26.06.2025
Tehranı tərk edənlər geri dönür
04:51 26.06.2025
Dördüncü ixtisar dalğası: "Microsoft"un oyun bölməsində nə baş verir
04:36 26.06.2025
İsrailin hərbi elita mərkəzləri dağılıb
04:21 26.06.2025
Tatların yaşadığı kənddə nələr gizlədilib?
04:06 26.06.2025
Hamısı