Stoltenberq: NATO nüvə silahlarının hazır vəziyyətə gətirilməsini müzakirə edir

Münaqişələr 10:20 17.06.2024

NATO-nun Baş katibi Yens Stoltenberq alyansın nüvə başlıqlarının hazır vəziyyətə gətirilməsinin müzakirə edildiyini bildirib.

Ednews.net  xəbər verir ki, bu barədə Stoltenberq “The Telegraph”a müsahibəsində söyləyib.

Onun fikrincə, blok düşmənlərinə birbaşa ismarış vermək üçün öz nüvə arsenalını dünyaya göstərməlidir. Baş katib qeyd edib ki, raketlərin anbardan çıxarılması və çəkindirmə vasitəsi kimi döyüşə hazır vəziyyətə gətirilməsi haqqında alyans üzvləri arasında məsləhətləşmələr aparılır.

“Mən nə qədər nüvə başlığının işlək olması və neçəsinin anbarda olması barədə operativ təfərrüatlara varmayacağam, lakin biz bu məsələlərlə bağlı məsləhətləşməliyik. Bizim etdiyimiz də budur”, – o vurğulayıb.

Stoltenberqin sözlərinə görə, nüvə şəffaflığı NATO-nun alyansı “daha ​​təhlükəli dünya” adlandırdığı şeyə hazırlamaq üçün nüvə strategiyasının təməl daşı olmalıdır.

Nəşr xatırladıb ki, 10 il öncə Stoltenberq blokun rəhbərliyinə keçərkən nüvə təlimləri tam məxfi şəraitdə həyata keçirilirdi.

O, indi açıq şəkildə 32 müttəfiqi çəkindirməyə verdikləri töhfələrə görə, o cümlədən Niderlandı Amerika nüvə silahlarını daşıya bilən ikitəyinatlı qırıcılara son sərmayəsinə görə tərifləyib.

Baş katibin fikrincə, şəffaflıq blokun “nüvə ittifaqı olduğuna dair aydın ismarış göndərməyə kömək edir”.

“NATO-nun məqsədi, sözsüz ki, nüvə silahı olmayan dünyadır, ancaq nüvə silahı mövcud olduqca, biz nüvə ittifaqı olaraq qalacağıq, çünki Rusiya, Çin və Şimali Koreyanın nüvə silahına malik olduğu və NATO-nun olmadığı dünya daha təhlükəlidir”, – Stoltenberq vurğulayıb.

O, Çinin özəlliklə çağdaş silahlara, o cümlədən 2030-cu ilə qədər 1 000 döyüş başlığına çatacağını söylədiyi nüvə arsenalına böyük sərmayə qoyduğunu dair xəbərdarlıq edib:

 

“Bu isə o deməkdir ki, çox da uzaq olmayan gələcəkdə NATO indiyədək heç vaxt qarşılaşmadığı bir şeylə, yəni nüvə silahına malik iki potensial rəqiblə – Çin və Rusiya ilə üz-üzə gələ bilər. Təbii ki, bunun nəticələri olacaq”.

Nəşr qeyd edib ki, Stoltenberq bu bəyanatları G7 qrupunun keçən həftə Pekini Moskvaya hərbi texnologiya tədarükünü dayandırmağa çağırdığı və Çinin Sakit okean regionunda “militarizasiyasına” qarşı çıxdığı kommünikesində Çin və Rusiyanı kəskin tənqid etməsi fonunda verib.

ABŞ və Böyük Britaniya nüvə çəkindirməsi qüvvələrini NATO-ya ötürüb, digər Avropa müttəfiqləri isə silahları öz torpaqlarında saxlamaqla və onları işə salmaq üçün sistemlərə sərmayə qoymaqla məsuliyyət yükünü bölüşürlər.

Operativ nüvə başlıqlarının sayı məxfi saxlanılır, lakin Böyük Britaniyada istənilən vaxt yerləşdirilə bilən 225-dən 40-a yaxın olduğu təxmin edilir. ABŞ-də 3 700 vahiddən təxminən 1 700-ü hazır vəziyyətə gətirilə bilər.

Alyansın üçüncü nüvə ölkəsi olan Fransa isə öz nüvə arsenalını NATO-ya təqdim etmir, çünki artıq uzun müddətdir ki, çəkindirmə məsələlərində müstəqilliyi qorumağa qərar verib.

Bakıda restoranın fəaliyyəti dayandırıldı - VİDEO

Xəbər xətti

Ötən il cəmi bir telekanal cərimələnib
12:19 14.02.2025
İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar cərimələnəcək
12:03 14.02.2025
Üzərinə həbs qoyulan əmlakla bağlı qaydaları Nazirlər Kabineti təsdiqləyəcək
12:01 14.02.2025
Ağdamda yük maşını minaya düşüb
11:26 14.02.2025
Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
10:56 14.02.2025
Ağdamın Xıdırlı kəndində insan sümüklərinin qalıqları aşkarlandı
10:19 14.02.2025
Hikmət Hacıyev televiziya işçilərini təbrik etdi
10:03 14.02.2025
USAID terrorçuları da maliyyələşdirirmiş - 335 milyard dollarlıq korrupsiya
09:47 14.02.2025
"Kanadalıların 95 faizi bizə görə sağ qalırlar"
00:48 14.02.2025
ABŞ Hindistana F-35 tədarük edəcək
00:25 14.02.2025
Ukrayna nüvə silahı əldə edəcək?
00:05 14.02.2025
Sevgililər günündə 3 bürcün qəlbi qırılacaq
00:01 14.02.2025
"Ukraynada müharibə Baydenin sözünə görə başlayıb"
20:42 13.02.2025
Meksika "Google"u məhkəməyə verəcək
20:15 13.02.2025
“Azpulmat” və “Manato”ya borcu ödəməyənləri nə gözləyir?
19:30 13.02.2025
Quipu barədə nə bilirik?
18:24 13.02.2025
"Texnologiyanın 30 ildə bəşəriyyəti məhv etmə ehtimalı yüksəkdir" - Süni intellektin "atası”
17:34 13.02.2025
Çin Avstraliyaya xəbərdarlıq etdi
17:20 13.02.2025
Aİ-nin Rusiyaya qarşı sanksiyaları davam edəcək
17:02 13.02.2025
“Google” Polşa vətəndaşlarının süni intellektlə işləməyi öyrənməsi üçün 5 milyard dollar ayıracaq
16:38 13.02.2025
Modi Mask ilə görüşmək istəyir
16:35 13.02.2025
Müharibə başlayandan bəri Azərbaycana iki milyona yaxın Rusiya və Ukrayna vətəndaşı gəlib
16:02 13.02.2025
Səfərbərlik Xidmətinin bəzi əməkdaşları təltif olundu
15:30 13.02.2025
Samir Şərifova daha bir vəzifə verildi
15:28 13.02.2025
Maqsud İbrahimbəyovun 90 illiyi qeyd olunacaq
15:26 13.02.2025
"Hazırkı şərait Zelenskini pis vəziyyətdə qoyur"
15:22 13.02.2025
Tramp "Şimal-Cənub" dəhlizini bloklayır
15:21 13.02.2025
AKP "Qəzza Türkiyəyə birləşməlidir" fikrinə münasibət bildirdi
15:11 13.02.2025
Teymur Rəcəbov Azərbaycan çempionatında mübarizəni dayandırdı
14:25 13.02.2025
"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır?
14:04 13.02.2025
"Rusiyada azərbaycanlılara məxsus bazarların bağlanması barədə xəbərlər həqiqət deyil"
13:37 13.02.2025
Rəsmi Moskva ABŞ ilə danışıqların aparmaq üçün qrup yaradır
13:30 13.02.2025
"Sputnik" və BBC-nin Azərbaycan nümayəndəlikləri bağlanır
12:49 13.02.2025
İlyas Yalçıntaş cərimələndi
12:37 13.02.2025
"Avropa Parlamentinin qətnaməsi Gürcüstana qarşı növbəti hücumdur"
12:08 13.02.2025
"ƏDV ödəyicilərinin sayında üç dəfəyə yaxın artım var"
12:07 13.02.2025
HPV peyvəndi pulsuz olacaq
11:46 13.02.2025
"Qalatasaray" - "Fənərbağça" görüşünü əcnəbi hakim idarə edəcək
11:38 13.02.2025
Azərbaycan Ermənistandan tam təzminat tələb edir
11:31 13.02.2025
Tramp Kiyevsiz sülh planı hazırlayır?
10:54 13.02.2025
Hamısı