Ağ Ev Rusiya və Ukrayna ilə həm ayrı-ayrılıqda, həm də üçtərəfli danışıqlar keçirməyi planlaşdırır.
“EDnews” xəbər verir ki, bu barədə NBC telekanalı iki amerikalı rəsmiyə istinadla xəbər verir.
Qeyd edək ki, ABŞ və Rusiyanın yüksəkvəzifəli nümayəndələri bu həftə Səudiyyə Ərəbistanında görüşəcəklər. Rusiya nümayəndə heyətinin iştirakı ilə Ukrayna üzrə danışıqlar fevralın 18-də Ər-Riyadda planlaşdırılıb.