Myanmar hərbi rejimi dağıdıcı zəlzələdən sonra hava hücumlarına davam edir.

Münaqişələr 10:22 29.03.2025

Myanmarın hərbi rejimi, ölkədə baş verən güclü zəlzələdən sonra, 1,600-dən çox insanın ölümünə səbəb olan ərazilərdə hava hücumlarına davam edir. BMT bu hücumları "tamamilə dəhşətli və yolverilməz" adlandırıb.

“EDnews” xəbər verir ki, BMT-nin Xüsusi Müşaviri Tom Endryus, BBC-yə verdiyi açıqlamada, “İnsanları xilas etməyə çalışarkən bombaların atılması heyrətamizdir” deyərək, hərbi rejimdən bütün əməliyyatları dərhal dayandırmağı tələb edib.

Endryus əlavə edib: "Bu məsələyə təsir edə biləcək hər kəs, təzyiqi artırmalı və bunun tamamilə yolverilməz olduğunu açıq şəkildə göstərməlidir. Mən rejimə sadəcə olaraq dayanmalarını, hər hansı bir hərbi əməliyyatlarını dərhal dayandırmalarını xahiş edirəm."

Demokratiya tərəfdarı üsyançı qruplar, zəlzələnin mərkəzi olan Saqainq bölgəsinin şimal-qərbindəki "Chang-U"qəsəbəsində hava hücumlarının həyata keçirildiyini bildirdilər. Həmçinin, Tayland sərhədinə yaxın ərazilərdə də hava hücumları barədə xəbərlər yayılıb.

İtirilmiş mülki administrasiyanı təmsil edən Milli Birlik Hökuməti (NUG) isə bazar ertəsindən etibarən zəlzələdən zərər çəkmiş ərazilərdə "müdafiə xarakterli əməliyyatlar istisna olmaqla" iki həftəlik "hücum əməliyyatlarına" ara verəcəyini açıqlayıb.

7.7 bal gücündəki zəlzələ, Saqainq bölgəsində baş verib və qonşu ölkələrdə də hiss olunub. Mandalay (Myanmarın ikinci ən böyük şəhəri) və paytaxt Nay Pyi Tawdan da dağıntılar haqqında məlumatlar gəlib. Hərbi rejim, zəlzələnin nəticəsi olaraq 1,644 nəfərin öldüyünü və daha çox insanın xarabalıqlar altında qaldığını bildirib.

Bu zəlzələ, 2021-ci ildə baş vermiş hərbi çevrilişdən sonra başlayan dörd illik vətəndaş müharibəsindən sonra baş verib. Çevriliş nəticəsində minlərlə insan küçələrə çıxaraq vətəndaş idarəçiliyinin bərpasını tələb edib. İlk olaraq bir vətəndaş itaətsizlik kampaniyası kimi başlayan mübarizə, sonradan demokratiya tərəfdarı və etnik üsyançı qrupların iştirakı ilə genişlənib və böyük bir vətəndaş müharibəsinə səbəb olub.

 Hərbi rejim, bir çox məğlubiyyətlərə uğrayaraq, ərazilərini itirib və üsyanlara qarşı mübarizədə daha çox hava hücumlarına güvənir. Saqainq bölgəsinin böyük bir hissəsi, zəlzələnin mərkəzi olan ərazi artıq demokratiya tərəfdarları tərəfindən idarə olunur.

Rusiya və Çin artıq Myanmara  yardım və xilasetmə komandaları göndəriblər. Lakin Birləşmiş Krallıqda yaşayan Myanmalı hüquq müdafiəçisi Culi Kine bildirib: “Bu ölkələrin göndərdiyi yardıma inanmaq çətindir, çünki eyni ölkələr bizim günahsız vətəndaşlarımızı öldürmək üçün istifadə edilən ölümcül silahları da hərbi rejimə göndərir.”

BBC-nin araşdırmasına əsasən, hərbi rejim artıq ölkənin yalnız dörddə birini nəzarət edir.Müqavimət qrupları isə ölkənin 42%-lik ərazisinə nəzarət edir, qalan ərazilər isə mübahisəlidir. Hərbi rejim hava döyüşlərində üstünlük qazanır, amma müqavimət qruplarının buna qarşı mübarizə aparmağa gücü çatmır.

Hərbi rejimin, mülki obyektlərə, o cümlədən məktəblərə, monastırlara, kilsələrə və xəstəxanalara qarşı kobud hava hücumları ilə mülki obyektləri dağıtmaqla uzun bir tarixi var. Ən ölümcül hücumlardan birində 170-dən çox insan, o cümlədən bir çox qadın və uşaq həyatını itirib.

BMT-nin insan haqları pozuntularını araşdıran orqanı, hərbi rejimi öz xalqına qarşı müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətməkdə günahlandırıb.

Hərbi rejimin hava hücumları, Rusiya və Çinin davamlı dəstəyi ilə daha da güclənir. BMT, çevrilişə cavab olaraq silah embarqosu tətbiq etməyə çağırsa da, həm Çin, həm də Rusiya hərbi rejimə müasir hücum təyyarələri satıb və onların istifadə qaydalarına dair təlimlər verib. Həmçinin, Rusiya və Çin artıq Myanmara yardım və xilasetmə komandaları göndəriblər. Lakin, Birləşmiş Krallıqda yaşayan Myanmalı hüquq müdafiəçisi Culi Kuli bildirib: "İndi bu ölkələrin göndərdiyi yardıma inanmaq çətindir, çünki eyni ölkələr bizim günahsız vətəndaşlarımızı öldürmək üçün istifadə edilən ölümcül silahları da hərbi rejimə tədarük edir."

Mədinə Məmmədova//EDnews

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
Hamısı