Suriya Ordusu və Silahlı Qüvvələri baş komandanlığı ölkə ərazisində 7 günlük atəşkəs elan edib.
Atəşkəs rejimi bütün Suriya ərazisində sentyabrın 12-si saat 19:00-dan sentyabrın 18-i saat 23:59 kimi davam edəcək.
Razılaşma İsveçrənin Cenevrə şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerrinin arasında keçirilən 13 saatlıq görüşdən sonra əldə edilib.