Avstraliya Mosula humanitar yardım göstərəcək.
"Eurasia Diary" xarici mətbuata istinadən xəbər verir ki, Avstraliya Xarici İşlər Naziri Julie Bishop nazirliyin rəsmi saytında dərc olunan açıqlamasında, Mosula 10 milyon dollarlıq humanitar yardım ediləcəyini, yardımın Mosul əməliyyatından əziyyət çəkən vətəndaşların təcili qida, tibbi yardım və müvəqqəti yaşama ehtiyaclarının ödənilməsi üçün istifadə ediləcəyini bildirib.
Qeyd edək ki, İŞİD-ə qarşı aparılan əməliyyatlarda koalisiya gücləri ilə birlikdə hərəkət edən Avstraliya Suriya və İraqda təxminən iki ildir ki, hava əməliyyatlarında iştirak edir.