Suriyada Əsəd rejimi Hələb şəhərinə hava zərəbələri endirib.
“Eurasia Diary” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, müxaliflərin olduğu bölgələrə edilən hücumlar nəticəsində 46 nəfər ölüb, 230 nəfər isə yaralanıb. Son 23 gündə ölənlərin sayı 935 nəfərə çatıb.
Qeyd edək ki, Əsəd rejimi noyabrın 15-dən aktiv əməliyyatlara başlayıb.