Hazırda Xocalının Ballıca kəndində 90 ailə yaşayır, onlar üçün bütün lazımi infrastruktur yaradılıb.
“EDnews” xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ballıca kəndində artıq 137 evin bərpa prosesi başa çatıb.
“60-a yaxın evin isə bərpa prosesi davam etdirilir”.
Afət Telmanqızı Xocalının strateji mövqeyinə də diqqət çəkib.
“Burada həm hava limanının, həm də dəmiryolu xəttinin olması ərazini nəqliyyat-logistika mərkəzinə çevirir”.