Heydər Əliyev adına Hərbi İnstitutda elmi-praktik konfrans keçirilib

Ölkə 12:52 03.05.2025

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş "Azərbaycan Respublikasının inkişaf strategiyası, potensial imkanlar və yeni çağırışlar" respublika elmi-praktik konfransı keçirilib.

Əvvəlcə Ümummilli Liderin Hərbi İnstitutun ərazisindəki abidəsi önünə gül dəstələri düzülərək xatirəsinə ehtiram nümayiş etdirilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin ifa olunması ilə başlayıb.

Sonra iştirakçılara "Heydər Əliyev və Azərbaycan Respublikasının inkişaf strategiyası"na həsr edilmiş videofilm təqdim olunub.

Heydər Əliyev adına Hərbi İnstitutun rektoru polkovnik Ümüdvar Quliyev açılış nitqi söyləyərək konfrans iştirakçılarını salamlayıb.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyinin tabeliyində akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, AMEA-nın həqiqi üzvü, kimya elmləri doktoru, professor Vaqif Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi general-mayor Elşad Nəsirov və Heydər Əliyev adına Hərbi İnstitutun Elmi-tədqiqat şöbəsinin professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov çıxış edərək Heydər Əliyev və Azərbaycan Respublikasının inkişaf strategiyası, mövcud imkanlar və qarşıda duran vəzifələr, çağırışlar barəsində fikirlərini konfrans iştirakçılarına bildiriblər.

Daha sonra konfransın plenar iclası keçirilib. Konfransa 35 təşkilat tərəfindən 100-dən çox məqalə təqdim edilib.

Konfransın əsas məqsədi Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan müasir Azərbaycan Respublikasının inkişaf strategiyasının müxtəlif istiqamətlərinin, inkişaf dinamikasının, o cümlədən, ölkə başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun qarşısında qoyduğu tələblərə müvafiq olaraq ordu quruculuğunda yeni yanaşmaların və perspektivlərin elmi-nəzəri əsaslarının öyrənilməsindən ibarətdir.

Konfrans plenar iclasdan sonra 5 bölmə üzrə işini davam etdirib, iştirakçıların maraqlı elmi məruzələri dinlənilib və mövzuya dair ətraflı müzakirələr aparılıb.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Pozuntular barədə məlumat verənlər üçün təhlükəsiz mexanizmlər yaradılmalıdır"
11:32 24.05.2025
Ukrayna məhkəməsi Dağıstan rəhbəri haqqında həbs qərarı verdi
10:28 24.05.2025
Qızılın qiyməti 3400 dollara yaxınlaşıb
09:22 24.05.2025
Trampın Yaxın Şərq triumfu: İnqilablarla yox, bizneslə fəth
09:19 24.05.2025
ABŞ və Aİ-də islamofobiya güclənir"
06:37 24.05.2025
ABŞ Suriyaya qarşı tətbiq etdiyi maliyyə sanksiyalarını dayandırdı
05:35 24.05.2025
Virtz "Liverpul"a keçmək istəyir
00:40 24.05.2025
"Napoli" dördüncü dəfə ölkə çempionu oldu
00:33 24.05.2025
İlon Maskla Ağ Ev arasındakı münasibətlər niyə soyuyub?
20:49 23.05.2025
Tramp ABŞ Universitetlərindən Nə İstəyir?
19:20 23.05.2025
Yunan Mifologiyası Dünya Elminə nə qatdı?
14:40 23.05.2025
Çin ABŞ-nin yerini niyə tuta bilməz?
13:29 23.05.2025
ABŞ Sudana qarşı sanksiyalar tətbiq edəcək
12:46 23.05.2025
Məleykə Abbasova buraxılış imtahanın nəticələrindən danışdı
11:31 23.05.2025
Universitetlərə builki tələbə qəbulu üçün plan yerlərinin sayı açıqlandı
11:05 23.05.2025
Hojlund "Fənərbaxça"ya gəlir?
11:01 23.05.2025
Prezident İlham Əliyev TDT-nin daxili işlər nazirlərini qəbul edib
11:01 23.05.2025
Ötən gün vətəndaşların bank kartlarından 3 min manata yaxın pul oğurlanıb
10:03 23.05.2025
Fransanın müstəmləkəçilik cinayətləri: Diri-diri yandırılan insanların qanı qumda batırılıb -FAKTLAR
10:00 23.05.2025
Muslera "Qalatasaray"-dan gedir
09:35 23.05.2025
Azərbaycan Mərkəzi Bankının mənfəəti 2 dəfədən çox artıb
09:16 23.05.2025
ABŞ Aİ-ni ölkə mallarına birtərəfli rüsumları azaltmağa məcbur edir
08:36 23.05.2025
Bakı Qlobal Şəhərlər indeksində 58 pillə irəlilədi
07:51 23.05.2025
Rusiyada 11 il axtarışda olan narkotacir Azərbaycanda saxlanılıb
07:09 23.05.2025
“Forbes” Rusiyanın ən zəngin varislərinin adlarını açıqlayıb
05:43 23.05.2025
Avropa Liqasının "ən yaxşı"-sı müəyyənləşdi
01:54 23.05.2025
Böyrək xərçənginin yeni simptomları açıqlanıb
01:04 23.05.2025
ABŞ Cənubi Koreyadan minlərlə hərbçisini çıxara bilər
00:29 23.05.2025
Serbiya Vahid Avro Ödəniş Sahəsinə (SEPA) üzv olub
00:02 23.05.2025
Xoşbəxtlikdən Qorxmaq – İnsan Ruhunun Parodoksu
11:55 22.05.2025
QMİ Qurban bayramı ilə bağlı Fətva verdi
11:25 22.05.2025
Netanyahu: İsrail diplomatik missiyalarının təhlükəsizliyini gücləndirəcək
11:03 22.05.2025
Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında memorandum imzalanıb
10:21 22.05.2025
Yaponiya silah sərgisində müdafiə ambisiyalarını nümayiş etdirir
08:44 22.05.2025
Çində 650 illik qüllə uçub
08:19 22.05.2025
Çində torpaq sürüşmələri baş verib
07:32 22.05.2025
Britaniya Çaqos arxipelaqını Mavrikiyə təhvil verəcək
05:28 22.05.2025
Ramaposa Trampla görüşünün çox yaxşı keçdiyini bildirib
03:26 22.05.2025
Beynəlxalq Biomüxtəliflik Günü: “Təbiətlə harmoniya və davamlı inkişaf”
00:00 22.05.2025
Prezident: Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlaması nəzərdə tutulur
12:52 21.05.2025
Hamısı