Yeni dövrün mübarək, azad Şuşa!

Ölkə 09:40 08.05.2025

Bu gün mayın 8-dir. 1992-ci il mayın 8-də Şuşa şəhərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmasından sonra bu təqvimi Azərbaycan tarixinə qara hərflərlə yazılmış bir gün kimi qeyd etdik. 28 il Şuşa həsrəti, Şuşa niskili ilə yaşadıq. İllərlə bu gözəl diyara nə əlimiz çatdı, nə ünümüz yetdi. Nə də doğma torpağına ayaq basa bildik. Əsrə bərabər bu illər ərzində Şuşa xatirələrimizdə və xəyallarımızda yaşadı. 8 may tarixini ən qiymətli sərvətimizin itən günü, qürurumuzun sınan günü kimi dərin hüzn və kədərlə andıq. 28 il mədəniyyətimizin beşiyi, qürur mənbəyimiz, şairlərin, bəstəkarların doymadan vəsf etdiyi dağlar gözəlinin həsrəti ilə yaşadıq...

Düşmən isə bu illər ərzində Azərbaycanın tarix və mədəniyyət mərkəzi hesab edilən bu gözəl şəhəri yağmaladı, taladı. Tarixinə, mədəniyyətinə, incəsənətinə, mənəvi dəyərlərinə əl uzatdı. Tarixini saxtalaşdıraraq bizdən qoparıb özününkü etməyə çalışdı. Ancaq bacarmadı. Şuşa 28 illik işğal dövründə sınmadı, əyilmədi, bizi - əsl sahiblərini gözlədi...

Bəli, biz 28 ildən sonra Şuşaya qayıtdıq, özü də qürurla, qalib xalq kimi. 2020-ci il noyabrın 8-i Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycan tarixinə yeni gün yazıldı. 8 may Şuşanın işğalı günü 8 Noyabr – Zəfər Günü ilə əvəzləndi. Vətən müharibəsinin 43-cü günündə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!” müjdəsi hər bir azərbaycanlıya böyük sevinc və qürur bəxş etdi.

Şuşanın azadlığa qovuşması ilə şəhərə yeni ruh, yeni nəfəs gəldi. Artıq düşmənin 28 il ərzində vurduğu yaralar sağalır. Şuşa yenidən qurulub abadlaşaraq dünyanın ən gözəl şəhərinə çevrilir. Erməni vandalizminə məruz qalan tarixi-mədəni abidələr bərpa edilir, evlər tikilir, illərdir yurd həsrəti ilə yaşayan şuşalılar yenidən doğma yurda qayıdır. Şuşa yenə dünyanın hər yerindən gələn qonaqlarını qarşılayır, təmiz havası, ecazkar təbiəti ilə hər kəsi heyran edir. Şuşanın yenidən çal-çağırlı, toy-büsatlı günləri başlayıb. Yenə Cıdır düzündə "Koroğlu"nun uvertürası dağlara səs salır. Doğma qoynunda yenə də Vaqif Poeziya Günü, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, 8 Noyabr - Zəfər Günü kimi bayramlar keçirilir.

Artıq xalqımız mayın 8-ni kədər, həsrət və niskillə anmır, Şuşanın işğaldan azad edildiyi və tariximizə qızıl hərflərlə yazılmış 8 Noyabrı fəxarət və qürur hissi ilə qeyd edir. Yeni dövrün mübarək, azad Şuşa!

Fatimə Mərdanlı //EDnews 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Hamısı