ABŞ İranla təmasları davam etdirir və rəsmi Tehranın nüvə proqramı ilə bağlı razılaşmaya ümid edir.
“EDnews” xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.
"Sazişlə bağlı iranlılarla birbaşa və dolayı əlaqə saxlanılır", - Livitt brifinqdə qeyd edib.
O, ABŞ-min razılaşmaya ümid etdiyini vurğulayıb
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranı gizli hərbi nüvə proqramını həyata keçirməkdə ittiham edərək, bu ölkəyə zərbələr endirməyə başlayıb. Diversiya qruplarının hava bombardmanlarının və basqınlarının hədəfi nüvə obyektləri, generallar, görkəmli nüvə fizikləri və hava bazaları olub. İran hücumlara cavab verib. İyunun 22-nə keçən gecə ABŞ İranın nüvə obyektlərinə zərbələr endirib. Bundan sonra, iyunun 23-ü axşam saatlarında Tehran Amerikanın Qətərdəki Əl-Udeyd bazasına raket zərbələri endirib.
On iki gün davam edən döyüşlərdən sonra İsrail və İran atəşkəs barədə razılığa gəliblər.