"Kurtlar Vadisi Pusu" serialının yeni mövsümünün nə vaxt başlayacağı və göstəriləcəyi kanal məlum idi, amma 360 TV-də "Aramızda Kalmasın" proqramının şərhçisi Təyyar Işıksaçan verdiyi açıqlamada "Kurtlar Vadisi Pusu" serialının bu mövsümdə verilməyəcəyini bildirib.
"Eurasia Diary" xəbər verir ki, Pana Film tamaşaçıların təkidləri ilə eyni komandayla 15 İyul dövlət çevrilişi cəhdini film edəcəklərini bəyan edib.
Təyyar Işıksaçan bildirib ki: "Dünən axşam Mehmet Canbolat ilə görüşdüm, ölkənin daxilində olan vəziyyəti və filmin çəkilişinə hazırlıq ilə bağlı bu sezon serialın yayımlanmayacağını öyrəndim. Önümüzdəki ay, ya da bir sonrakı ay film çəkilişləri üçün komanda hazırdır. Əvvəl filmi çəkəcəklər, sonra yeni mövsümün çəkilişlərinə başlayacaqlar. Bu mövsümü gözləyənlərə yalnız serial ilə bağlı kədərli xəbər verərəm. Amma film hazırlıqları bitdi, yaxın zamanlarda kamera qarşısına keçəcəklər".
Vüsalə