Dünyada özünə milyonlarla tamaşaçı qazanan Necati Şaşmaz Türkiyənin Habertürk kanalında Veyis Ateşin aparıcılığı ilə “Veyis Ateş ile Akılda Kalan” verilişində qonaq olub. O “Kurtlar Vadisi” ilə əlaqədar bir çox qaranlıq məqamlara aydınlıq gətirib.
Polat Alemdar adı ilə tanınan aktyor müsahibəsində “Kurtlar vadisi”nin 29 sentyabrda göstəriləcəyini açıqlayıb. 26 sentyabrda isə qala gecəsi olacaq.
O dünyanın Türkiyə ilə apardığı mübarizədən də danışıb. (A24.Az)