“Youtube” video hostinqində “Üç dost” animasiya şirkətinin istehsalı olan “Cırtdan və sehirli xalat” cizgi filminin treyleri yayımlanıb.
Filmin ideya müəllifi Müşfiq Hətəmov, rejissorları isə Rəşad Əfəndiyev və Yusif Qabilovdur. Ekran işinin ssenari müəllifliyini isə Yusif Şeyxov və Kənan Yusifov edib.
Qeyd edək ki, filmdə azərbaycanlıların məişət həyatını düzgün şəkildə çatdırmaq istəyən komanda bu məsələyə xüsusi həssaslıqla yanaşıb. Animasiyada səkkiz personajdan istifadə edilib.(oxu.az)