ABŞ-ın Los-Anceles şəhərindəki "Dolby Theater"da Amerika Kino Akademiyasının təsis etdiyi "Oskar" mükafatlarının təqdimat mərasimi keçirilib.
CBS bildirir ki, mərasimə qatılan aktyorpların əksəriyyətinin yaxasında narıncı nişanlar vardı. Narıncı rəngli ABŞ bayrağının əks olunduğu bu nişanlar ölkədə odlu silahların azad satışına etiraz aksiyasmının simvoludur.
"Golden Globe" və BAFTA mərasimlərindən fərqli olaraq, builki "Oskar"da aktrisalar qara paltarlar geyinərək qadınlara qarşı zorakılıq və təcavüzə qarşı "MeeToo" aksiyasına dəstək verməyiblər. (milli.az)