Oskar mükafatından imtina edən məşhur aktyor

Mədəniyyət 23:57 01.07.2018

Bu gün dahi aktyorun anım günüdür.

Marlon Brando 1972-ci ildə çəkildiyi "Xaç atası" ("The Godfather") filmindəki Don Karleone obrazına görə "Ən yaxşı aktyor kimi "Oskar" mükafatı qazanmışdı. Ancaq Brando mükafatdan imtina edir. Buna səbəb o dövrdə Amerika hökumətinin hindulara qarşı apardığı siyasət idi. Məhz buna görə Brando mərasimə qatılmır. Etirazını daha da çox göstərmək üçün, öz yerinə hindu xanımı göndərir.

Böyük aktyor siu qəbiləsinin üzvlərinin ABŞ silahlı qüvvələrinin əsgərləri tərəfindən kütləvi şəkildə qətlə yetirilməsi kimi tarixə düşən Yaralı diz qətliamına etiraz etmişdi. 29 dekabr 1890-cı ildə 62-si qadın və uşaq olmaqla 153 nəfər Siu hindusu öldürülmüşdür.

XX əsrin əvvəllərində Amerikada fəaliyyət göstərən bəzi mətbuat orqanları, hadisə barədə yazılar yazırdılar. Ancaq dövlətin mövqeyinə zidd olan tənqidi yazıların yazılmasına imkan verilmirdi. Hadisəni törədən şəxslərdən heç biri ciddi şəkildə cəzalandırılmamışdı.

Marlon Brando "Oskar"a təqdim olunanda bu məsələni bir daha gündəmə gətirdi. Təqdimetmə mərasimində iştirak etməkdən imtina edən Brandonun yerinə Saken Litlfizer adlı gənc hindu xanım çıxış etmişdi:

"Marlon Brando məndən bir məsələ haqqında uzun bir nitq danışmağımı istədi. Ancaq zaman darlığı səbəbindən mən əlimdə olan məktubun ümumi məzmununu sizlərə oxuyacam. Böyük üzüntü ilə bildirmək istəyirəm ki, Marlon Brando Oskar mükafatından imtina edir. Və bunun səbəbi, bu günlərdə film sənayesinin .... üzr istəyirəm .... və televiziyalarda göstərilən filmlərdə, Amerika yerlilərinə qarşı törədilən qətliamlardır. Yaralı diz qətliamı bir daha hindulara qarşı olan münasibəti göstərmişdir".

Xanımın çıxışı böyük səs-küyə səbəb olub. Çıxışını bitirməyə imkan verilməyib. Daha sonra məktub mətbuatda dərc olunub.

Məktubda Brando ürək ağrısı ilə yazırdı:

"200 ildir torpağı, həyatı, ailəsi və azad olmaq haqqı üçün vuruşan xalqa belə dedik: "Silahını yerə qoy, gəl bərabər yaşayaq. Silahı yerə qoysan, sənlə barışdan danışarıq, dostum".

Silahlarını yerə qoyanda isə onlara divan tutduq. Yalan danışdıq onlara.

Onları torpaqlarından uzaqlaşdırmaq üçün aldatdıq. Heç vaxt sadiq qalmadığımız və adına müqavilə dediyimiz o kağızları zorla imzalamaları üçün onları aclığa məhkum etdik.

 

Və onları həyatları boyunca bu qitədə yaşayan dilənçilərə çevirdik. Tarixi necə şərh edirsiniz edin, nə qədər yalanla süsləməyə çalışırsınız çalışın... Biz düz hərəkət eləmədik. Dürüst olmadıq. Ədalətli olmadıq.

Onlara haqlarını vermədik, müqaviləni düzgün yerinə yetirdik. Çünki gücümüzün üstünlüyü bizə dəyərlərinin, haqlarının dağıdılmasına xidmət elədi. Həyatlarını yaşamaq, azadlıqları üçün çarpışmaq istəyən bu xalqın yaşamaq haqqını əllərindən almaq idi gücümüz...

Tarixin böyük hökmü bizi mühakimə edəcək... Əmin olun...

Bəlkə indi "bunun akademiya mükafatı ilə nə əlaqəsi var" deyə soruşursunuz...

Bu sualın yaranması mətbuatda hindular haqqında çıxan xəbərlərdir...

Bu dünya uşaqların böyüməsi üçün çətin yerdir...

Siz bir hindunun öz həyatları haqqında çəkilən filmə baxıb zehninin necə zədələnəcəyini düşünmürsünüz...

Bunun üçün çox az, çox-çox az səy göstərildi.

Ona görə də bu peşənin sahibi, eyni zamanda ABŞ-ın vətəndaşı kimi bu gecə mükafatı qəbul etmək içimdən gəlmədi. Amerikada yaşayan yerlilərin vəziyyətinin düzəlməyəcəyi təqdirdə bu ölkədə mükafat almaq, ya da vermək doğru deyil.

Qardaşlarımıza əl tuta bilmirik, heç olmasa onların cəlladı olmayaq". /kulis.az

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Hamısı