Xalq artisti Xəyyam Mirzəzadə II Fəxri xiyabanda dəfn olunub YENİLƏNİB

Mədəniyyət 15:17 31.07.2018

Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi Xəyyam Mirzəzadə II Fəxri xiyabanda dəfn olunub.

Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi Xəyyam Mirzəzadə ilə vida mərasimi başa çatıb. Xalq artisti II Fəxri xiyabanda dəfn olunacaq.

***

Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi Xəyyam Mirzəzadə ilə vida mərasimi başa çatıb. 

Mərhum II Fəxri xiyabanda dəfn olunacaq.

***

"Xəyyam Mirzəzadədənin peşəkar musiqi kadrlarının yetişdirilməsində müstəsna xidmətləri olub". 

Bunu Bakı Musiqi Akademiyasında Xəyyam Mirzəzadə ilə keçirilən vida mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev deyib. 

"O, öz istedadını musiqimizin müxtəlif janrlarında sınayıb. Onun musiqiləri təkcə Azərbaycanda deyil, digər ölkələrdə də səslənərək böyük rəğbət qazanıb. Onun haqqında danışanda necə gözəl xarakterli olduğunu sezmək mümkündür. Heç kəs bu dünyada əbədi deyil. Lakin insanın özündən sonra qoyduğu izlər daha önəmlidir. Xəyyam Mirzəzadə də dərin izlər buraxıb gedən şəxslərdəndir", - nazir qeyd edib.

***  

"O, Azərbaycanın canlı tarixçəsi idi". 

Bunu Bakı Musiqi Akademiyasında Xəyyam Mirzəzadə ilə keçirilən vida mərasimində mərhumun oğlu, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə bildirib. 

Onun sözlərinə görə, atası çox mürəkkəb insan olub: "Onun hər zaman əsas məqsədi və istəyi dövlətə layiqincə qulluq etmək olub. Dövlət işçisi olmasa da, onun hər biri əsəri xaricdə geniş təbliğ olunurdu. Ola bilərdi ki, o bəzən kiməsə bir az kobud insan kimi görünərdi. Lakin o çox qeyri-adi istedad idi. Hər zaman sevdiklərinə hörmətlə yanaşırdı. Onun mənə qalan yadigarı əsərləri oldu. Son illər xəstəliyinə görə gəzə bilmirdi. Amma ölkədə baş verənləri diqqətlə izləyirdi. Ona dövlət tərəfindən daim diqqət və qayğı göstərilib. Bunu həmişə də hiss edirdi. Xəstəliyi ilə bağlı kimsəyə nəsə deməyimizi istəmirdi. Çünki kimisə narahat etməyi xoşlamırdı. Xəstə olanda belə daim yeni əsərlər yaradırdı. O, Azərbaycanın canlı tarixçəsidir".

***  

Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi Xəyyam Mirzəzadə ilə vida mərasimi keçirilir.

Bakı Musiqi Akademiyasında baş tutan vida mərasimində mərhumun yaxınları ilə yanaşı, incəsənət xadimləri,  diplomatlar, dövlət rəsmiləri, ziyalılar iştirak edirlər. 

Mərhum vida mərasimindən sonra II Fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, görkəmli bəstəkar uzun sürən xəstəlikdən sonra ötən gün evində dünyasını dəyişib.

Qeyd edək ki, X.Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. Otuzdan çox kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib. (report)

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq - VİDEO
15:12 11.05.2024
Prezident “Xarıbülbül” Festivalının açılışında ÇIXIŞ EDİB – VİDEO
15:00 11.05.2024
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak ediblər
14:50 11.05.2024
Azərbaycan müdafiə nazirinin müavini ehtiyata buraxılıb
14:40 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar
14:30 11.05.2024
İlham Əliyev: Şuşa bu şərəfli ada layiq görülüb - VİDEO
14:23 11.05.2024
Yaponiya 2 milyard dollar dəyərində COVID-19 peyvəndini məhv edəcək
14:15 11.05.2024
Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq
Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq
14:02 11.05.2024
Lesoto və Azərbaycan Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
Lesoto və Azərbaycan Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
13:46 11.05.2024
Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcək
Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcək
13:30 11.05.2024
Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb
Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb
13:20 11.05.2024
BMT-nin QHT Bölməsinin rəhbəri Azərbaycana səfər edəcək - FOTOLAR
13:19 11.05.2024
Sabah yağış yağacaq, şimşək çaxacaq
Sabah yağış yağacaq, şimşək çaxacaq
13:15 11.05.2024
Naxçıvanda 4 ayda vergi daxilolmaları üzrə proqnoz 118,1 % icra edilib
Naxçıvanda 4 ayda vergi daxilolmaları üzrə proqnoz 118,1 % icra edilib
13:05 11.05.2024
Hamısı