"Deportasiyadan Etnik Təmizləməyə Gedən Yol" sənədli filmi təqdim olundu VİDEO

Mədəniyyət 17:39 19.07.2019

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Elmi Araşdırmalar İctimai Birliyinin təşkilatçılığı ilə "Deportasiyadan Etnik Təmizləməyə Gedən Yol" sənədli filmi ictimaiyyətə təqdim olunub.

Eurasia Diary xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd son iki əsrdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilən etnik təmizləmə, soyqırım və deportasiya siyasətinin, habelə bunun nəticəsində xalqımızın minlərlə tarixi-mədəni abidə və yaşayış məskənlərinin adlarının dəyişdirilərək erməniləşdirilməsini beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

Bu sənədli filmdə ermənilərin özləri etiraf edir ki, yüz minlərlə azərbaycanlı məcburi surətdə min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından SSRİ Nazirlər Sovetinin qərarı əsasında didərgin salınıb və xalqımıza məxsus yüzlərlə yaşayış məskəninin tarixi adları dəyişdirilib. Bundan başqa, rus dilində çəkilmiş filmdə Ermənistanın tarixini araşdıran erməni tədqiqatçıların etirafları, həmçinin Ermənistan SSR-in sakinləri olmuş azərbaycanlıların xatirələri yer alıb.

 

 

"Deportasiyadan Etnik Təmizləməyə Gedən Yol" sənədli filmində Ermənistan adlanan tarixi Qərbi Azərbaycanın mahalları olan Vedibasar, Göyçə, Zəngəzur, Qara Kilisə və Amasiya rayonlarının kəndlərinin dəyişdirilmiş tarixi adlarının, bu yaşayış məskənlərində zamanında yerli xalq azərbaycanlılar olduqları barədə görüntüləri təqdim olunur, bütün bunlar erməni tarixçilərinin və gəlmə erməni sakinlərinin ifşaedici çıxışları ilə müşayiət edilir.

Sənədli filmdə müxtəlif sahələrin mütəxəssisləri danışır: tarixçilər, arxeolaqlar, teatrşünaslar, etnoqraflar və sadə ermənilər.

"Burada emənilər yaşamayıb, Azərbaycan türkləri yaşayırdı. Biz bura İran və Türkiyədən gəlmişik". 

"Deportasiyadan Etnik Təmizləməyə Gedən Yol" adlı sənədli film Azərbaycan əleyhinə informasiya müharibəsi aparan düşmənlərə qarşı güclü ideoloji, siyasi, tarixi və informasiya silahı olmaqla yanaşı, Qərbi Azərbaycan və onun tarixi abidələrinə, yerli türk əhalisinə qarşı törədilmiş cinayətə görə tarixi-mənəvi məsuliyyətin müəyyən edilməsi üçün əsaslı faktoloji baza hesab oluna bilər.

Film, “hücum diplomatiyası”nın əsas tərkib hissəsindən biri kimi, tutarlı və təkzibolunmaz arqumentləri ilə indiki və gələcək nəsillər üçün informasiya müharibəsində faktoloji arxiv video materialların dünyanın istənilən nöqtəsindən  əldə edilməsi baxımından zəruri məlumatlarla zəngindir.

Filmin təqdimatında Milli Məclisin Deputatları, Türkiyə səfirliyinin nümayəndəsi, ictimai xadimlər, QHT sədrləri, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri iştirak edib.

Filmin layihə rəhbəri regionşünas Telman Qaımov, rejissoru Namiq Zeynalov, elmi redaktor Aygün Həsənoğlu, rəyçilər Elməddin Behbud və Rəsmiyə Sabirdir.

Təbriz ABBASOV

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Şantajla məşğul olan gənclər yaxalandı
15:50 09.07.2025
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
15:35 09.07.2025
Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
Hamısı