"Mərakeş və Azərbaycan çox məsələlərdə eyni mövqedən çıxış edir" - SƏFİR

Mədəniyyət 23:02 30.07.2019
Mərakeşin Azərbaycandakı səfirliyi bu ölkənin milli bayramı olan Taxt-tac Günü münasibətilə rəsmi qəbul keçirib. Dövlət və hökumət nümayəndələrinin, xarici diplomatik korpusun, ictimaiyyətin müxtəlif sahələrinin təmsilçilərinin iştirak etdiyi tədbirdə öncə, Azərbaycan və Mərakeşin dövlət himnləri səsləndirilib.
 
Açılış çıxışı edən Mərakeşin ölkəmizdəki səfiri Adil Embarş deyib ki, kral Vİ Məhəmmədin taxta çıxmasının 20-ci ili tamam olur. "Taxt-tac Gününün qeyd edilməsi Mərakeşin qədim ənənələrindəndir. Bayramın keçirilməsi 12 əsrlik tarixə malik olan və Mərakeş xalqı ilə onun hökmdarları arasında mövcud bağları möhkəmləndirən sadiqlik paktının xatırlanması üçün hər il qazandığımız fürsətdir. Bu bayram müxtəliflik, sülh, hörmət və tolertantlıq dəyərləri ilə birlikdə Mərakeş xalqının birliyini simvolizə edir. 20 il öncə hakimiyyətə gələn kral VI Məhəmməd ilk çıxışında hakimiyyətinin təməlində insan kapitalının dayanacağını demişdi. İqtisadiyyatın müasirləşdirilməsi, gender məsələləri və yoxsulluğa qarşı mübarizə milli prioritetlərə çevrilib və bütün milli sərvətlər bu istiqamətdə səfərbər olunub. İqtisadiyyatın müasirləşdirilməsi uzun və mürəkkəb prosesdir, xüsusilə də dünyanın iqtisadi böhrandan keçdiyi bir dövrdə. Mərakeş neft istehsalçısı deyil və iqtisadiyyatı şaxələndirmək, ölkənin sərvətlərindən səmərəli istifadə etmək üçün çoxlu səylər göstərilməli idi” deyən səfir əlavə edib ki, nəticə etibarı ilə, hazırda Mərakeş müxtəlif sektorlarda yeni sənaye mərkəzinə çevrilməkdədir. Məsələn, avtomobil sənayesi ildə toplam 700 min maşın istehsal gücü ilə ölkənin bir nömrəli ixrac istiqamətidir. Bunun sayəsində Mərakeş Afrikanın ən iri avtomobil istehsalçısına çevrilib
 
Mərakeşin aerokosmik sektorunun 140-dan çox şirkət və illik təxminən 20 faiz artımla dünyanın ən sürətlə inkişaf edən sənayesi olduğunu bildirən diplomat deyib ki, yüksək strateji əhəmiyyətə malik coğrafi mövqe daha bir önəmli məqamdır və bundan faydalanmaq lazımdır. Elə kralın Mərakeşi regional loqistika mərkəzinə çevirmək fikri də məhz bu amili nəzərə almaqla gerçəkləşdirilməyə başlanıb. Səfirin sözlərinə görə, ötən ilin noyabrında Mərakeş Afrika və Yaxın Şərqdə ilk yüksək sürətli (saatda 357 kilometr) qatarı təqdim edib.
 
“Tanjer limanı bu istiqamətdə göstərə biləcəyimiz digər nümunədir. Toplam 9 milyon konteyner tutumuna malik liman bu gün Afrika və Aralıq dənizinin ən böyük limanıdır. Atlantik Okean və Aralıq dənizinin kəsişməsində qərarlaşmaqla Tanjer limanı dəniz marşrutlarının episentrində yerləşən və inkişaf səviyyəsini ortaya qoyan bir obyektdir” deyib səfir A.Embarş.
 
Diplomat qeyd edib ki, kralın hakimiyyəti dövründə Afrika qitəsinə yüksək diqqət ayrılmaqdadır. Mərakeş bu gün qitənin bir nömrəli investorudur və Mərakeş şirkətləri bütün Afrikada təmsil olunurlar.
 
“Mərakeşlə Azərbaycan arasında münasibətlər bütün səviyyələrdə genişlənməkdədir. Hər iki ölkə bir çox məsələlərdə eyni mövqelərdən çıxış edir. Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində əməkdaşlıq və koordinasiya bunun bariz nümunəsidir. Burada fürsətdən istifadə edərək Saxara mələsində Mərakeşin ərazi bütövlüyünə dair nümayiş etdirdiyi konstruktiv mövqe və güclü dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürümü bildirirəm” deyən səfir Embarş vurğulayıb ki, hər iki ölkə istiqamətində həm turizm, həm də biznes məqsədləri üçün səfər edən turistlərin sayı müntəzəm şəkildə artmaqdadır. Dövlət orqanları arasında əməkdaşlıq daha da şaxələnib. Ticarət həcmi hələlik məhdud olsa da, böyük potensial mövcuddur və biznes icmaları qarşılıqlı maraq göstərməyə başlayıblar.
 
Xarici işlər nazirinin müavini Ramiz Həsənov iki ölkə arasında mövcud əlaqələrdən söz açaraq deyib ki, bu gün Azərbaycanla Mərakeş bütün sahələrdə yaxşı tərəşdaşdırlar. O, Mərakeş Krallığının Qarabağ münaqişəsinin həlli məsələsində birmənalı şəkildə Azərbaycana dəstək verdiyini xatırladıb və əvəzində Azərbaycanın da Mərakeşin sərhədlərinin toxunulmazlığını dəstəklədiyini deyib.
 
R.Həsənov hazırda ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin maddi həcminin az olduğunu qeyd edərək, yaxın gələcəkdə bu sahədə böyük uğurların qazanılacağına əmin olduğunu bildirib. Nazir müavini bunun üçün böyük potensialın olduğunu da xatırladıb.
 
İqtisadi sahədə də yaxşı əlaqələrin olduğunu vurğulayan nazir müavini qeyd edib ki, 2018-ci ilin martında Bakıda Azərbaycan-Mərakeş Hökumətlərarası Birgə Komissiyanın ilk iclası çərçivəsində imzalanmış sənədlər ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. 
 
Qeyd olunduğu kimi, 20 il əvvəl kral seçilən VI Məhəmməd 1963-cü il avqustun 21-də paytaxt Rabat şəhərində doğulub. Mərhum kral II Həsənin böyük oğlu olan VI Məhəmməd Rabat Universitetinin hüquq fakültəsini bitirib və 1987-ci ildə siyasi elmlər üzrə magistratura təhsilini tamamlayıb. Daha sonra o, təhsilini davam etdirmək üçün Fransaya gedir və Nitsa şəhərində yerləşən Sofia Antipolis Universitetində doktorluq dissertasiyasını müdafiə edir. Amma onun elmi yolu burada dayanmır - 2002-ci ildə isə Corc Vaşinqton Universitetinin fəxri doktoru seçilir.
 
Amma həyat fanidir deyib babalarımız. 1999-cu il iyulun 23-də Mərakeşin o vaxtkı kralı II Həsən vəfat edir və bu zaman ailən böyük oğlu olaraq VI Məhəmməd taxta çıxır. Lalla Salma ilə evli və iki övlad atası olan VI Məhəmməd o vaxtdan bu yana Allauit sülaləsinin 18-ci kralı kimi 20 ildir ki, dövlətə rəhbərlik etməkdədir.
 
Əksər xarici mətbuat orqanları VI Məhəmmədi Mərakeş dövlətinin ümidi adlandırıb v  buna əsas olduğunu yazıb. Yaşca cavan və dünyagörüşü böyük olan yeni kral hakimiyyətə gələn kimi dövlətin bütün sahələrində islahatlar keçirməyə başladı. Gördüyü işlərlə müasirlik və dəyişikliyin simvoluna çevrilən VI Məhəmməd qısa zamanda xalqının sevgisini qazana bildi.
 
VI Məhəmmədin apardığı islahatlar arasında ən vaciblərindən biri 2004-cü ildə start verdiyi ailə haqda qanundur. O, mühafizəkar kəsimin güclü etrirazlarına baxmayaraq qadınlara kişilərlə eyni hüquqları verdi. Bu qanunla kişilərin qadınları boşaması xeyli çətinləşdi, eyni zamanda çoxarvadlılıq bəzi istisna və qaydalardan asılı hala gətirildi. Bununla yanaşı, yeni qanun əsasında artıq mərakeşli qadın da ərindən boşanmaq üçün rəsmən müracət edə bilir.
 
VI Məhəmməd 2004-cü ildə daha bir ilkə imza atıb. O, 1960-cı illərdə yaşanan etiraz aksiyası zamanı günahsız olaraq həps edilmiş minlərlə mərakeşlini azadlığa buraxıb.
 
Kral VI Məhəmməd hər zaman vətəndaşların nə istəməsi ilə maraqlanıb. Əlbəttə, xalqın istəyi ilə bütün mühafizəkar sistemi bir andaca dəyişmək mümkün deyildi, ona görə də tədricən  və ən zəruri tələbləri icra etməyə üstünlük verən kral konstitusiyada dəyişiklik etmək məqsədilə komissiyanın qurulmasına göstəriş verdi. Nəhayət, hazırlanan yeni konstitusiya 2011-ci ilin iyulunda referenduma çıxarılıb 99 faiz “hə” alaraq qəbul olunub.
 
Bundan sonra dövlətin siyasi həyatında liberallaşmaya istiqamətlənmiş addımlar atılmağa çaşlayıb ki, bu da son illər ölkədə insan haqları sahəsində çox böyük uğurlarla özünü göstərməkdədir. Məhz bu prosesin tərkibi kimi qeyri hökumət təşkilatları daha çox sərbəstlik əldə edib, müxalifət partiyaları siyasi arenada aktivlik göstərə bilirlər. Bütün bunlara diqqət yetirən beynəlxalq ictimaiyyət VI Məhəmmədi ərəb-islam dünyasının bir nömrəli demokrat-islahatçısı hesab etməyə başlayıb.
 
VI Məhəmməd taxta çıxandan sonra Mərakeş iqtisadiyyatı daha sürətlə inkişaf etməyə başlayıb və nəticəsi də budur ki, hazırda Krallıq Afrika qitəsində ən böyük bir neçə iqtisadiyyatdan biri sayılır. Məhz bu kral VI Məhəmmədin islahatları nəticəsində Mərakeş Afrikanın ən böyük maliyyə mərkəzi olmağa çalışır və bu istəyə defakto nail olub da. Bu gün Mərakeş Misir, CAR və Nigeriyadan sonra qitənin dördüncü iri maliyyə bazarıdır, amma bank sektorunun inkişafı və şaxələnməsi baxımından ilk sırada dayanır. Hazırda Mərakeşin maliyyə bazarında 5 ictimai, 7 xarici sərmayəli, 7 yerli sərmayə əsaslı ticarət və 5 qarışıq sərmayəli – toplam 24 bank (ən böyükləri Attijari Wafi Bank, BCP ve BMCE) fəaliyyət göstərir ki, onlar ölkənin hər yerində əhaliyə və dövlətə çoxsaylı filial şəbəkəsi ilə xidmət etməkdədirlər. Bütün bunlar isə, yuxarıda qeyd etdiyimiz kimi, məhz yenilikçi və islahatçı kralın yürütdüyü siyasət sayəsində mümkün olmaqdadır.
 
VI Məhəmmədin hakimiyyəti dövründə Mərakeşdə kosmik-rabitə sistemi də inkişaf etməyə başlayıb. Məhz o, taxta çıxandan sonra Mərakeş orbitə “VI Məhəmməd” adlı milli peykini buraxaraq Afrikanın Misir və CAR-dan sonra milli peykə malik üçüncü ölkəsi oldu. Həmin peyk yalnız Mərakeşin ərazi bütövlüyünün qorunması üçün lazımi məlumatların çatdırılmasında deyil, eyni zamanda xəritələrin planlanması, kənd təsərrüfatı sahələrinin müşahidə edilməsi, təbii fəlakətlərin öyrənilməsi, ekoloji halların və səhralaşmanın diqqətdə saxlanılması, sərhəd və dəniz sularının nəzarəti üçün istifadə olunur.
 
Bu yerdə qeyd edək ki, hələ vəliəhd olduğu dönəmdə kasıb təbəqənin yanında dayanan VI Məhəmməd, taxta çıxarkən “Yoxsulların kralı” adlandırılmışdı. Təbii ki, o, iqtisadi problemləri çözmək və işsizliyi aradan qaldırmaq yönümündə addımlar atıb və bu gün də eyni siyasətinə sadiqdir.
 
Bildiyimiz kimi, Mərakeş digər ərəb ölkələri, o cümlədən qonşu Əlcəzair kimi yanacaq ehtiyyatları ilə zəngin deyil. Bu səbədən də ölkənin valyuta ehtiyyatlarının böyük qismi xaricdən neft və qaz almağa sərf edilirdi. Amma VI Məhəmməd taxta çıxandan sonra valyutanın xaricə axmasını yerli və milli vasitələr hesabına dayandırmaq siyasəti yürütdü. O, bərpa olunan enerji sahələrindən istifadəni Mərakeş üçün zəruri qaynaq hesab edir və bu istiqamətdə addımlar atır. Onun iqtisadi layihəsi əsasında ölkənin hər yerində günəş enerjisi istehsal edəcək panellər quraşdırılmağa başlanır. Nəzərə alsaq ki, Mərakeşdə qızmar günəşli günlərin sayı 300 gündür, deməli böyük potensial var. Eyni zamanda, sahil boyunca külək turbinləri quraşdırılır. Mərakeşin Atlantik okeanı sahillərində küləyin sürətinin saniyədə 9 metrə çatdığını nəzərə alsaq, bu yolla da ölkənin enerjiyə tələbatının böyük qisminin ödəniləcəyi şübhəsizdir.
 
Qeyd edək ki, Afrikada ən iri külək enerji mərkəzi Mərakeşdədir. 2015-ci ildə fəaliyyətə başlayan 131 turbindən ibarət həmin stansiyanın illik istehsal gücü 301 MVt-dır.
 
Bütün görülən işlərin nəticəsidir ki, hazırda Mərakeşdə istehlak olunan enerjinin 34 faizi bərpa olunan enerjidən əldə edilir və bu rəqəmi 2030-cu ilədək 52 faizə yüksəltmək nəzərdə tutulub. Layihələrə əsasən 2030-cu ilədək ümumi enerji istehsalını əlavə olaraq 4560 MVt günəş və 4200 MVt külək enerjisi, eləcə də yeni qurulacaq mobil su elektrik stansiyaları vasitəsilə 1330 MVt artırmaq planlaşdırılıb. Hətta bərpa olunan enerji sahələrini inkişaf etdirmək məqsədilə VI Məhəmmədin əmri ilə 2010-cu ildə dövlət sərmayəsi əsasında Mərakeş Günəş Enerjisi Agentliyini (MASEN) yaradılıb. Bundan əlavə, enerji səmərəliliyini enerji strategiyasının milli prioriteti etmək məqsədilə Milli İctimai Agentlik (AMEE) də təsis olunub.
 
Qeyd edək ki, Mərakeşlə Azərbaycan arasında da çox yaxşı münasibətlər mövcuddur. Mərakeş Krallığı Azərbaycanın müstəqilliyini 30 dekabr 1991-ci ildə tanıyıb. 1992-ci il avqustun 25-də ölkələrimiz arasında diplomatik əlaqələr yaradılıb. 2006-cı ildən Azərbaycanın Rabatda, 2009-cu ildən isə Mərakeşin Bakıda səfirlikləri fəaliyyət göstərir. Hazırda Azərbaycanın Mərakeşdəki səfiri Oqtay Qurbanov, Mərakeşin Azərbaycandakı səfiri isə Adil Embarşdır.
 
1997-ci il martın 7-dən etibarən Milli Məclisdə Azərbaycan - Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Hazırda İmamverdi İsmayılov işçi qrupun rəhbəridir
 
Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün geniş potensial mövcuddur. Tərəflər çalışır ki, iqtisadi-ticarət əlaqələrinin təşviqi üçün iki ölkənin biznes dairələri arasında birbaşa təmaslar yaradılsın. Xüsusilə də enerji, kənd təsərrüfatı, turizm, nəqliyyat və digər sahələrdə əməkdaşlıq üçün maraq göstərilir. Bütün bunlara baxmayaraq təəssüf ki, iki dövlətt arasında rəsmi ticarətin həcmi cəmi 5 milyon dollar civarındadır. Bunun da demək olar ki, 90 faizi Azərbaycanın Mərakeşdən məhsul idxalının payına düşür.
 
Ölkələrimiz arasında indiyədək 23 sənəd imzalanıb.
 
Mərakeş Krallığı Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair yaradılmış İƏT Əlaqələndirmə Qrupunun üzvü olaraq ölkəmizin BMT və digər beynəlxalq təşkilatlarda ədalətli mövqeyini hər zaman dəstəkləməkdədir.

 

Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
İranda ali məktəblərə hicab nəzarətçiləri təyin edilib
12:30 26.04.2024
İlham Əliyev: “Avropa qitəsinə qaz təchizatımız artır”
12:26 26.04.2024
“İstəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin” – Vüqar Qurbanov
12:25 26.04.2024
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”
12:20 26.04.2024
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
12:15 26.04.2024
Prezident: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - VİDEO
12:09 26.04.2024
SON DƏQİQƏ! İran daha 4 nəfəri EDAM ETDİ
12:05 26.04.2024
Gözlənilən sülh müqaviləsinin DETALLARINI POLİTOLOQ ŞƏRH EDİR
12:01 26.04.2024
Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
Hamısı