Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, Əməkdar mədəniyyət işçisi Abbas Abdulla vəfat edib.
Eurasia Diary xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, şair sentyabrın 4-də axşam saatlarında uzun sürən xəstəlikdən sonra yaşadığı mənzildə dünyasını dəyişib.
Şair Abbas Abdulla bu gün saat 13:00-da Maştağada yerləşən Kəpənəkçi qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Abbas Abdulla Azərbaycanın İstanbuldakı ilk baş konsulu olub.