Ərəblinski niyə öldürüldü?

Mədəniyyət 16:25 29.09.2019

Tarix: 4 mart, 1919-cu il.

Yer: Bakı.

Səhər saat on radələridir. Aktyor Hüseynqulu Sarabski evdən çıxıb işə, Cümhuriyyət hökuməti tərəfindən təşkil olunan teatr truppasına yollanır. Yolda Azərbaycanın ilk parodiya aktyoru Əbülhəsən Anaplı və aktyor Rza Darablı ilə qarşılaşır.

Hər ikisi Sarabskini görən kimi hönkür-hönkür ağlamağa başlayırlar.

Hüseynqulu bəy təəccüblənir. Nə baş verdiyini soruşur. Anaplı deyir: “Xəbərin yoxdur?”

“Yox. Nə olub axı?”

“Hüseyni öldürüblər!” – bu dəfə Darablı dillənir.

Sarabski qulaqlarına inanmır. Bunu zarafat zənn edir, hətta bu zarafata görə aktyor yoldaşlarını tənbehləyir də.

Nə Anaplı, nə Darablı başqa bir kəlmə söyləməyib yenidən ağlamağa başlayırlar.

Sarabski tərəddüd içindədir: eşitdiyi xəbərə inansın, inanmasın?

Belə görünür, yoldaşlarının getdikcə daha möhkəm ağlaması onun bu tərəddüdünə son qoyur. Dizləri bükülməyə, gözlərinə qaranlıq enməyə başlayır.

Handan-hana özünü ələ alıb: “İndi siz hara gedirsiniz? O hardadır?” deyə soruşur.

“Evlərində, – deyə Əbülhəsən cavab verir, dərhal da əlavə edir. – Artistlər hamısı da ordadır”.

2.

Sarabski iki aktyor yoldaşı ilə Ərəblinskigilə gələndə vay-şivən səsi aləmi bürümüşdü.

Hüseyn bəyin cənazəsi taxtın üstünə qoyulmuşdu; görkəmli aktyorun rəngi ağappaq idi, gözləri yumulmuş, saçları isə üzünə dağılmış vəziyyətdə idi – sanki ölməmişdi, dərin yuxuya getmişdi.

Sarabski çaşqındır. Özünü itirib. Nə deyəcəyini, neyləyəcəyini bilmir. “Bu nədir mən görürəm?” deyə mat-mat ətrafdakıların üzünə baxır.

İçəridəki aktyor yoldaşlarından cavab gəlmir, ağlaşma səsi bir az da yüksəlir…

3.

Ərəblinskinin cəınazəsi başında bir qoca qadın dayanmışdı. Bu onun tərbiyəçisi olmuş Mariya İvanovna idi.

Bu yerdə bir az keçmişə qayıdaq.

Sarabskinin Hüseyn bəylə xatirələrindən: “…bir paçka “Limonnı” papiros alıb Hüseynin yanına getdim. Çünki Hüseyn ac qala bilərdi, amma papirossuz qala bilməzdi. Getdim nə gördüm, evin ortasında bir kürsü yıxılmış, Hüseyn yaxası açıq, saçı dağılmış, başını iki əlilə tutub mizə söykənib. Mariya İvanovna Hüseyn ilə yumşaqcasına söhbət edir. Bu qadını yoldaşlar hamısı tanıyırdı. O, 50-51 yaşlarında, ağsaç, xoşsimalı, ziyalı bir qadın idi. Ərəblinskiyə uşaqlıqdan o tərbiyə vermişdi. Ondan başqa qapıda bir-iki nəfər rus qadınları da söykənib dayanmışdılar. Anası da evin bir tərəfində əlində ağ, üstü güllü yaylıq gözlərini silərək ağlayırdı. Mən əhvalatı belə görüb bir dəqiqə sükutdan sonra Mariya İvanovnadan soruşdum ki, nə olub? Yumşaqcasına gülüb cavab verdi: – “Heç, Hüseyn məşq edəndə anasını qorxudub”…

Ərəblinski başını yuxarı qaldırıb… bərkdən, qəh-qəhə ilə güldü, o güləndə Mariya İvanovna da dodaqltı gülümsədi. Onlara baxıb biz də (özünü və aktyor yoldaşı Əbülfət bəy Vəlini nəzərdə tutur – E.A) gülməyə başladıq… Anası: “Nə vecinizə, gülərsiniz də… – dedi. – Oğlumu dəli eləyib salmısınız çöllərə…”. Sonra öz-özünə “dəlidir də… dəlinin buynuzu olmaz ki” söylədi. Mariya İvanovna: “Bax belə, gülmək yaxşıdır, ağlamaq lazım deyil”, – deyib durub getdi…”

İndi isə ağlamaqdan başqa yol yox idi.

Yazıq qadının – Mariya İvanovnanın rəngi tamam solmuşdu, başıaçıq idi, dümağ saçları üzünə tökülmüşdü, gözləri yaş və sonsuz kədər içində idi.

4.

Sarabski handan-hana cənazəyə yaxınlaşır və həyatla vidalaşmış sənət dostuna yalvarmağa başlayır: “Dur, qardaşım, dur! Biz belə danışmamışdıq. Axı biz əl-ələ verib işləyəcəkdik. Bax, uşaqlar hamısı burdadır. Səni gözləyirlər, Hüseyn, dur məşqə başlayaq. Həmişə səhərlər mən səni gəlib oyadardım. Bəs bu gün nə üçün durmursan?”

Lakin Ərəblinskidən cavab yoxdur.

Sarabski bu dəfə yan-yörəsindəki aktyor yoldaşlarına çevrilir: “Qardaşlar, – deyir, – bu Hüseyndir, yatıb, mənim sözümlə oyanmır. Gəlin siz oyadın!” Dərhal da səsinin tonu dəyişir, sanki nə baş verdiyini birdən-birə anlayıbmış kimi boğuq şəkil də əlavə edir: “Yox, bu əbədi yatmaqdır. Bütün dünya gəlib onu oyatmaq istəsə, oyanmayacaqdır”…

5.

Bəs Ərəblinskini kim və niyə öldürmüşdü?

Sarabski yoldaşlarından bu haqda soruşur və cavabında onu dayısı oğlu Əbdülxalıqın güllələdiyini öyrənir.

Hadisənin təfsilatını isə Hüseyn bəyin bacısı belə nəql edir: “Keçən gün axşam saat dörddə Əbdülxalıq Hüseyni evlərinə nahara çağırdı. Hüseyn heç getmək istəmirdi (Bəzi qaynaqlarda buna səbəb kimi onunla dayısı, həmin vaxt Bakının məşhur tacirlərindən biri Hacı Əbdülkərim arasında mülk davası olması göstərilir. Başqa bir iddiaya görə isə Əbdülxalıq daha əvvəl də Ərəblinskiyə güllə atıbmış, həm də aktyorun öz evində… – E.A). Çox söhbətdən (israrlardan – E.A) sonra Hüseyn paltosunu geyib getdi onlara. Oturub çörək yeməyə başlayırlar. Əbdülxalıq tapançasını çıxarıb Hüseyni boğazından vurub yıxır yerə. Özü isə qaçıb.. Güllənin səsinə evdəkilər gəlib görüblər ki, Hüseyn yıxılıb yerə, ağzından qan axır. Xəbər etdilər, gedib Hüseyni ölmüş gördüm”.

6.

Əbdülxalıqın Ərəblinskini öldürməsinə səbəb nə idi?

Bir çoxları bunu Hüseyn bəyin aktyorluğuna bağlayırlar. Yaxınlarının, qohum-əqrəbanın Ərəblinskini səhnədə görmək istəmədiklərini, bunu ayıb və şeytan əməli saydıqlarını, xüsusilə də qadın rollarını oynamaqla nəslin başını aşağı etməsini əsas gətirib Əbdülxalıqın da onu elə həmin səbəblərdən güllələdiklərini deyirlər.

Lakin görkəmli sənətkarın qətl səbəbi başqadır.

Cinayətin kökündə o vaxtlar Bakıdakı məclislərdə həm gitarada ifa edən, həm də özü oxuyan Tatyana adlı bir qadın (soyadı Maslennikova) dayanırdı, daha doğrusu, Əbdülxalıqın həmin qadına aşiq olması, qadının könlünün isə Ərəblinskiyə düşməsi… Olduqca gözəl və məlahətli səsə malik olan Tatyanaya Hüseyn bəy də laqeyd deyildi: onun ifasını da, gözəlliyini də çox bəyənirdi. Lakin, deyilənlərə görə, aralarında eşq macərası yox idi, Maslennikovanın Hüseyn bəyə sevdası bu mənada qarşılıqsız imiş…

Əbdülxalıq isə qadının ona rədd cavablarından qəzəblənmiş və belə hesab etmişdi ki, Tatyana məhz Ərəblinski ucbatından yaxınlıq təklifini geri çevirir.

Görünür, qətlin baş verdiyi gün, nahar süfrəsi arxasında həmin söhbət açılıb, öncə mübahisəyə, sonra da məlum faciəyə çevrilib.

7.

Ərəblinskinin öldürülməsi xəbəri Bakıya ildırım sürəti ilə yayılır.

Şəhər əhli onun yaşadığı evə axın edir. Çox keçmədən evin qarşısında insan seli yaranır.

Bir qədər sonra Bakı Həsən bəy Zərdabidən sonra ikinci ən izdihamlı dəfn mərasiminin şahidi olacaqdı…

Ərəblinskinin qatilinin aqibəti necə oldu? O, Hüseyn bəyin arvadını niyə hədələyirdi? Hüseyn Ərəblinskinin dəfn mərasimi necə keçdi? Kimlər və nə danışdı? Dəfn mərasiminə, doğrudanmı, Cümhuriyyət hökumətindən heç kim qatılmamışdı? Bu və digər sualların cavabını növbəti yazıda öyrənəcəksiniz…

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Şantajla məşğul olan gənclər yaxalandı
15:50 09.07.2025
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
15:35 09.07.2025
Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
Hamısı