Hindistanın məşhur aktyorlarından olan Rişi Kapur vəfat edib.
EDNews.net xəbər verir ki, xarici KİV-lər 68 yaşlı Rişi Kapurun Mumbai şəhərindəki klinikalardan birində xərçəngdən dünyasını dəyişdiyini bildirir.
Bollivudun məşhur aktyorlarından olan Rişi Kapur dünya şöhrətli aktyor və rejissor Rac Kapurun oğludur.
Bir çox filmlərə çəkilən Rişi Kapur Azərbaycan tamaşılarının yaddaşında daha çox “Bobbi” filmindəki rolu ilə qalıb.