“Onlarda toylar” necə keçirilir? Mərakeşdə 7 gün 7 gecə çalınan toylar...

Maraqlı 16:40 21.11.2022

Hər bir millətin özünə xas tarixi, mədəniyyəti, milli-mənəvi, dini  dəyərlərinə söykənən fərqli toy adət-ənənələri var. Elə bu səbəbdən də hər bir xalqın özünəməxsus, maraqlı bəzən təəccübləndirən toy qaydaları mövcuddur.

Mövzunun cəmiyyət arasında geniş maraq doğurduğunu nəzərə alaraq, Ednews oxucuları üçün mütəmadi olaraq dünya toy adət-ənənələri haqqında maraqlı faktları təqdim edəcək. 

Ednews “Onlarda toylar” rubrikasını təqdim edir. Rubrikamızın ilk sayında Mərakeş Krallığında keçirilən toy adət-ənənələrindən söz açacağıq.

Ərəb millətlərinə xas olan evlilik adət-ənənələri

Ərəb toyları arasında ən qədim adət-ənənəyə malik olan və öz xüsusi qaydalarına görə, digərlərindən fərqlənən Mərakeş toylarıdır.

Nağıllardakı kimi 7 gün 7 gecə çalınan toylar...

Burada yeni evlənənlərin ailələrinin nə qədər varlı və hörmətli olmasından asılı olaraq, bir toy tədbiri dörd gündən yeddi günə qədər davam edə bilər.

Mərakeş toyu çox pul tələb edən bahalı bir bayram olsa da, orada bunun həyatda yalnız bir dəfə baş verdiyinə inanaraq ziyafət üçün heç bir xərcdən qaçmırlar.

Toy hazırlıqları rəsmi mərasimdən bir il əvvəl başlayır. Burada bəy və gəlinin ailəsinin tələb olunan məbləği (bura cehizlərin, qızılların və digər əşyaların alınması daxildir)  ödədikdən sonra toy hazırlıqları başlayır. 

Mərakeş toyunda gəlin əsas fiqurdur, onun obrazı ilə əksər ənənələr əlaqələndirilir. Toy mərasimindən əvvəl gəlin qohumları və dostları ilə birlikdə hamama getməli və süd hamamında təmizlənmə mərasimi keçirməlidir.

Təmizləndikdən sonra "Beberiska" adlı xına rəsm ritualı başlayır. Bu mərasim zamanı gəlinin ayaqları və əlləri simvolik ornamentlərlə xına ilə boyadılır. Bu adət qədim tarixə malikdir, lakin hazırda gəlinlər ovuclarında ritual ləkə tətbiq etməklə kifayətlənirlər.

Adət-ənənələrə görə, yeni gəlini dostları, qohumlarından biri və ya bu məqsədlə dəvət olunmuş qadın geyindirir. Daha sonra gəlinin bəzədilmə prosesi başlayır. Onun makiyajı edilir, gözəl zinət əşyaları taxılır, saçları heç kimin görməyəcəyi düzüm ilə yığılır. Çünki gəlin toyda xüsusi örtüklü parçadan olan  baş örtüyündə olur.

Mərakeşdə gəlinliklər xüsusi olaraq hazırlanır. Donlar ipəkdən, taftadan, muslindən tikilir. Gəlin paltarının modeli uzun və boş olur və tikmə və payetlərlə bəzədilir. Don enli kəmərlə tamamlanır.

Bəy gəlinə çoxlu sayda hədiyyələr, məsələn süd, şəkər, xurma kimi ənamlar verir, onların əksəriyyəti simvolik məna daşıyır. Digər hədiyyələr yeni evlənənlərin maddi zənginliyini göstərmək üçün konusvari qapaqlarla örtülmüş böyük nimçələrdə təqdim olunur.

Nikah mərasimi

 Nikah ayrı bir otaqda keçirilir. Müsəlman adətlərinə uyğun olaraq, Quranın oxunması, həmçinin peyğəmbərin tərifləndiyi ayələrin və nəğmələrin oxunması ilə başlanır. Mərakeşli gəlin xanım statusunu yalnız mərasimdən sonra ərinin evinin ətrafında üç dəfə gəzib, sonra ev sahibəsi kimi evə daxil olduqda əldə edir.

Toyda milli alətlərin sonsuz sədaları, nağara, xalq rəqslərinin ritmləri sədaları altında davam edir, toy həftəsi boyu yeni evlənənləri musiqi müşayiət edir.

Toy tədbirləri mərakeşli gəlinin daim müxtəlif paltarları ilə keçməlidir. Bəzən gəlin mərasim üçün 7 paltar dəyişir. Növbəti paltar dəyişikliyindən sonra o, xüsusi taxtda oturur. Geyimlərin sonuncusu gözəl ağ gəlinlik olur.

Toy süfrəsi...

Mərakeşdə nikah masası müxtəlif çeşidliyi qidalarla bəzədilir. 

Süfrələri gavalı və badamlı ət bardağı; ənənəvi kus - kus; portağal çiçəkləri ilə bişmiş göyərçinlər, dəniz məhsulları bardaqları: qoz-fındıq, portağal və limon ilə çox sayda müxtəlif şirniyyat; meyvə və nanə çayları bəzəyir. 

Ən məşhur toy yeməyi Pastiladır. Pastilla, göyərçin və ya toyuq əti, darçın, badam və şəkərlə doldurulmuş yemək növüdür.

Rəna Mürşüd


Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Hamısı