Aprelin 19-da Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti Munis Şərifovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.
Ednews xəbər verir ki, tədbir çərçivəsində BMM-in solistləri, Qədim Musiqi Alətləri Dövlət Ansamblı və ifaçının tələbələrinin çıxışları təqdim olunacaq.
Kamança və çəqanə ifaçısı, Xalq artisti Munis Şərifov musiqi mədəniyyətimizdə xidmətləri olan sənətkardır. O, uzun illərdir Qədim musiqi alətləri ansamblının bədii rəhbəri və konsertmeysteri olmaqla yanaşı, Azərbaycanda yeganə çəqanə ifaçısıdır.