“Vətənimizin əsgər analarının əlindən öpürəm”.
Ednews xəbər verir ki, bu sözləri “Jony” ləqəbi ilə Rusiya şou-biznesində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynli ötən gün Kəlbəcərdə “N” saylı hərbi hissəsində əsgərlər üçün təşkil olunan konsertdə deyib.
“Jony” dilə gətirdiyi sözləri ilə səhnədə kövrək anlar yaşayıb.
“Baxmayaraq ki, Rusiyada yaşayıram, nənəm, babam, bütün qohumlarım Azərbaycanda yaşayır. Öz millətimlə fəxr edirəm. Sizin kimi igid, Vətən keşiyində duran qardaşlarımla qürur duyuram. Bütün şəhid anaların qarşısında baş əyirəm, bütün qazilərimizə Allah şəfa versin”, – deyə “Jony” fikirlərini ifadə edib.