Xəbər verdiyimiz kimi Xalq artisti Ənvər Həsənov koronavirusa yoluxub.
“Xəstənin vəziyyəti stabil olaraq qalır”.
Bu barədə Ednews.net saytına “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdiri Zamirə Ədilova bildirib.
“Xəstənin səhhəti ağır deyil, stabildir. Ambulator müalicə üçün evə buraxıla bilər, hələki nəzərdə tutulmur”.
Xalq artistinin ağciyərində hər-hansı ağırlaşmanın olmadığını və iltihabın aparılan müalicə prosesinə uyğun olaraq sovrulduğu müşahidə edilib. Hazırda ona bütün zəruri tibbi xidmətlər göstərilir.
Qeyd edək ki, Xalq artisti öz istəyilə Xəzər Tibb Mərkəzində müalicəsinin davam edilməsini istəyib.