“Belə bir ideya var idi. Ermənilərlə bünövrədən ulduzumuz barışmırdı. Qardaşlığı Gürcüstan, Özbəkistan, Tacikistanla edərdilər, erməniylə niyə? Mənim babamı kəsən bir millətlə niyə?”.
Ednews xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova “Astar” yutub kanalında sualları cavablandırıb. O, “Ermənistanın Xalq artisti” fəxri adından imtina etməsi barədə danışıb.
“Şuşada Topxanadan keçəndə babamın başını kəsib xurcuna qoymuşdular. Mən onu yadımdan çıxara bilərəm? At kişnəyə-kişnəyə gətirmişdi. Xurcunun üstündə babamın başı, içində də bədəni doğram-doğram. Nədir-nədir iki respublika dostluq edir. Başqa bir respublikanı seçəydiniz. Bu, mənim aləmimdə millət məsələsi idi”.
Oğuz Ayvaz