Xəbər verdiyimiz kimi, Xalq artisti Aftandil İsrafilov səhhəti ilə bağlı bir müddətdir xəstəxanada müalicə alır.
Sənətçinin həyat yoldaşı Zemfira İsrafilova Ednews-a sənətçinin hazırkı sağlıq vəziyyətindən məlumat verib.
Onun sözlərinə görə, Xalq artistinin səhhəti yaxşılaşmağa doğru gedir.
"Hazırda xəstəxana şəraitində mülalicəsi aparılır. Hələlik, evə buraxılması barədə həkimlər bir söz demir. Amma əvvəlkinə baxanda yaxşıdır", - o vurğulayıb.
Oğuz Ayvaz