Xalq artisti Ramiz Novruz vəfat edib.
Ednews xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.
Mədə xərçəngindən əziyyət çəkən aktyor 67 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ramiz Novruzov 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub.
Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb.
Xalq artisti bir neçə dəfə Prezident Mükafatına, 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Allah rəhmət eləsin!