50 yaşında ata olan, oğlu ilə bir məzarda basdırılan azərbaycanlı dahi Maraqlı faktlar

Mədəniyyət 13:45 24.02.2023
Bu gün filosof, ədib, tərcüməçi Əli bəy Hüseynzadənin doğum günüdür. Ednews mərhum ədib haqqında maraqlı faktlar təqdim edir.
 
Əli bəy Hüseynzadə 1864-cü il 24 fevralda Salyanda anadan olub. 1885-ci ildə Peterburq universitetinin riyaziyyat fakültəsinə daxil olub. Burada dövrün məşhur elm xadimləri - Mendeleyev, Baqner, Menşutkin, Jukovski və başqalarından dərs alan Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur, "xalqçılar" hərəkatına rəğbət bəsləyir.
 
Bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır. Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Ə.Hüseynzadə Türkiyəyə, İstanbula gəlir və burada darülfünunda əsgəri-tibbiyyə fakültəsində tədris almaqla dermatoloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedir. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilir.
 
Əli bəy Hüseynzadə inqilabçı gənc türklər hərəkatına qoşulduğundan, "İttihad və tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunur. "Kaspi", "Həyat", qəzetlərində çalışır. 1906-cı il noyabrın 1-də isə Azərbaycan ictimai-siyasi həyatında mühüm rol oynayan "Füyuzat" jurnalını nəşr etdirir.
 
***
 
Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.
 
1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla evlənən Əli bəyin üç övladı olub: Saida bəyim, Səlim Turan, Feyzavər. Amma nəsil bu üç övladla sonlanır. Çünki Əli bəyin nəvəsi olmur.
 
***
 
O, 50 yaşında ata olub. Övladları balaca olan zaman onların hər biri üçün albom tutub. Həmin albomlara karandaşla şəkillər çəkib, uşaqlara verərmiş. Uşaqlar da həmin rəsimləri rəngləyirlərmiş. Əli bəy övladlarını çox sevib. Hər bazar günü uşaqlarını gəzməyə, muzeylərə aparıb.
 
Keçmiş sovet tarixşünaslığında Əli bəy Hüseynzadənin həyat və fəaliyyətinə, onun yaradıcılığına birtərəfli yanaşılaraq sinfi, siyasi və ideoloji mübarizə mövqeyindən qiymət verilmiş, üzərinə qatı “panislamist” və “pantürkist” damğası vurularaq əsərlərinin və elm irsinin öyrənilməsinə qadağa qoyulub.
 
***
 
Əli bəy Hüseynzadənin yeganə varisi olan qızı 95 yaşlı Feyzavər Alpsarlan bir neçə il öncə atasının sənət əsərləri, foto-sənədləri və şəxsi əşyalardan ibarət arxivini Azərbaycan İstiqlal Muzeyinə hədiyyə edib.
 
Əli bəy həmçinin Sank-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil alıb. O, bir sıra portret və mənzərələrin müəllifidir. Onun rəsmləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır. Onun çəkdiyi "Bibi Heybət məscidi", "Şeyxülislamın portreti" əsərləri hazırda Bakıda R.Mustafayev adında Azərbaycan Dövlət İncəsənət Muzeyinin daimi eksponatıdır.
 
***
 
Həmçinin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Ə. Hüseynzadə tərəfindən çəkilən şəkilləri də muzeyə bağışlanıb. Feyzavər xanımın sözlərinə görə, M. K. Atatürkün dünyasını dəyişməsi xəbərini eşidən Ə. Hüseynzadə çəkdiyi həmin rəsm əsərin qarşısında göz yaşlarını saxlaya bilməyib.
 
Əli bəy İstanbulda fəaliyyət göstərən zaman Sultan Həmidin əleyhinə gənclərdən ibarət qrup yaradıblar. 12 nəfərə yaxın tələbəni hökumət həbs etmək istəyib. Onların bəzilərinin boyunlarına daş bağlayıb, Bosfor boğazına atıblar. Tələbələr Əli bəyi Qapalı Çarşı adalanan yerdə bir evdə gizlədiblər. Əli bəy bir müddət həmin evin sakinləri ilə yaşayıb və ailənin bütün üzvlərinin portretlərini çəkib. Həmin şəkillər indi də muzeydəki kimi o evin divarlarından asılıb.
 
***
Daha sonra Əli bəyi ölümdən xilas etmək üçün ona xanım paltarı geyindirib, evdən çıxarıblar. Gəmidə taxta çəlləklərin içində gizlədiblər. Nəhayət, gəmi Hind okeanına tərəf yola düşüb. Bununla da tələbələri Əli bəyi ölümdən xilas ediblər. Bu zaman Əli bəy yalnız doğmalarının potretini sinəsinə basaraq özü ilə götürüb. Əli bəy şəkillərlə xeyli müddət gəmidə gizlənməli olub.
 
Əli bəy axırıncı dəfə Azərbaycana 1926-cı ildə keçirilən Türkoloji Qurultaya qatılmaq üçün gəlib. Həmin vaxt qardaşı İsmayıla deyib ki, mən görürəm, burada vəziyyət gərgindir. Mən artıq Azərbaycana gəlməyəcəyəm və sənə də məktub yazmayacağam. Çünki bu, sənin üçün təhlükəlidir. Bundan sonra İsmayılı həbs edib, 2 illiyə Kurqan şəhərinə sürgünə göndəriblər. Oradan qayıtdıqdan sonra yenidən 1941-ci ildə bütün Hüseynzadələr ailəsini sürgünə göndəriblər.
 
***
 
Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə Hüseynzadə müsahibələrinin birində deyir: Əli bəyin övladları mənə deyirdilər ki, çox böyük əzabla yaşayıblar. Onların öz evləri olmayıb, kirayələrdə böyüyüblər. Hətta uşaqların hərəsi bir kirayə evdə dünyaya gəlib. Feyzavər həmişə atası ilə bir otaqda qalırmış. Əli bəy isə gecə yarısına qədər yazırmış.
 
 
Əli bəy həyat yoldaşı Əthiyə xanımdan 26 yaş böyük idi. Əthiyə xanım insult keçirib, yataq xəstəsi olmuşdu. Övladlarının dediklərinə görə, Əli bəylə həyat yoldaşı bir-birinə qarşı çox mehriban olublar. Əli bəy övladlarına Azərbaycan, buradakı qohumları ilə bağlı heç nə danışmayıb. Onun övladları bizim haqqımızda heç nə bilməyiblər. Ancaq Əli bəyin qardaşının onların evlərində olub.
 
***
O, hər səhər - yayda da, qışda da durub, soyuq su ilə başını yuyurmuş. Bir gün oğlu Səlim görüb ki, atası üzünü yuyan zaman yavaş-yavaş arxaya tərəf gedir. Həmin dəqiqə Səlim atasını tutub və yatağa uzadıb. Və Əli bəy heç bir söz demədən, elə oradaca dünyadan köçüb.
 
Əksəriyyəti iztirablar içində, 30 ildən çoxunu mühacirətdə keçən Əli bəy Hüseynzadə ömrü 76 yaşında, 1940-cı ildə İstanbulda başa çatır. Qaraca Əhməd məzarlığında, Səlimiyyə təkkəsi qarşısındakı yerdə, şair Hədimin qəbri yaxınlığında dəfn olunur.
 
Oğuz 
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Hamısı