Burkina-Fasonun paytaxtı Uaqaduquda Afrikanın ən böyük film festivalı -"Fespaco" keçirilir.
Ednews "Euronews"a istinadən xəbər verir ki, Malinin baş nazirinin iştirakı ilə baş tutan açılış mərasimində dövlət rəsmiləri və digər fəxri qonaqlar yer alıblar.
Açılış mərasimində səhnədə 60-a yaxın rəqqas “Vətənin Müdafiəsi üçün 20 Milyon Könüllü” mahnısını ifa edərək Burkina-Faso ordusuna dəstək verən mülki könüllü qüvvələrin roluna diqqət çəkiblər.
Təşkilat komitəsinin rəhbəri Fidel Aymar Tamini bildirib ki, 28-ci film festivalı “Böhran kontekstində Afrika kinosu və sülh" mövzusunu əhatə edir. Festivalda 15-i bədii olmaqla 170 film nümayiş etdiriləcək. Film müəllifləri "Yeneqa" ədəbi mükafatı və 30 min dollar pul mükafatı uğurunda rəqabət aparacaq.
Törə Zeynallı