Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının şahzadəsi Harrinin qalmaqallı memuarı kitab mağazalarında satışa çıxarılıb.
Ednews xarici mediaya istinadən xəbər verir ki, Harrinin kral haqqında yazdıqlarını qələmə aldığı kitabı "Spare" (Ehtiyat) satışa buraxıldığı ilk gündə 1 milyon nüsxədən çox satılıb.
Kitab ABŞ, Böyük Britaniya və Kanadada 1,4 milyon nüsxə sataraq böyük uğur qazanıb.
Şahzadənin nəşr etdirdiyi avtobioqrafik “Spare” kitabı anası Diananın ölümündən qardaşı ilə münasibətlərinə, Meqan Marklla ilə evliliyindən kral ailəsindən ayrılmasına qədər bir çox detalları əhatə edir.
Sevinc Kamalova