Nəsibə Zeynalovanın nəvəsi: “Martın 10-da onu görəndə bildim ki, vəziyyəti yaxşı deyil” MÜSAHİBƏ

Mədəniyyət 17:00 11.03.2023

Azərbaycanın sənətkarlar nəslinin görkəmli nümayəndəsi, Xalq artisti Nəsibə Zeynalovanın nəvəsi, Azərbaycan Respublikasının Xalq artisti Cahangir Novruzovun qızı  Nəsibə Əsgərova Ednews-a maraqlı müsahibə verib. O, səhnəmizin “qaynanası” haqqında maraqlı məqamlardan danışıb. Müsahibə zamanı bir çox məqamlara aydınlıq gətirən Nəsibə Əsgərova nənəsinin son günlərindən də söz açıb. 

Beləliklə, söhbətimiz başlayır:

-Nəsibə xanım, bildiyimiz kimi siz uşaqlıqdan nənəniz Nəsibə Zeynalova ilə yaşamısız. Onunla keçirdiyiniz günlərinizi necə xatırlayırsınız? Nəsibə xanım öz xatirələrindən sizə nə danışırdı? 

- Nəsibə xanım atasını itirəndə iki yaşı olub. O, qeyd edirdi ki, atası ilə bağlı ancaq anasının ona danışdıqları xatirələrindən bilir. Nəsibə xanım uzun illərdən sonra, səbirsizliklə gözlənilən uşaq olub. Hüsniyyə xanımla Cahangir Zeynalovun arasında 25 yaş fərq olub. Onlar uzun illər övlad həsrəti ilə yaşayıblar. Nəhayət 12 ildən sonra Nəsibə xanım doğulub.  Kərbəlayi Cahangir əhd edib ki, oğlu olsa uşağa İmam Rza, qız olsa uşağa Nəsibə adını verəcək. Nənəm həmişə deyirdi ki, atamla olan ən gözəl xatirəm mənim üçün anama etdiyi vəsiyyətdir. 

- Cahangir bəy vəsiyyətində nə söyləmişdi?

- İlk olaraq o, yoldaşına vəsiyyət edib ki, Nəsibə xanıma təhsil versin. İkinci istəyi isə böyük portretini qızına verməyini istəyib.  Deyib ki, onu saxla, qızım heç olmasa məni orada görsün. Daha sonra o xanımından xahiş edib ki, qızlar gimnaziyasında oxuyan qızların hesabına köçürülən 10 manat qızıl pulu, bir paltar tikimliyi üçün parça və bir cüt ayaqqabını onlara verməyə davam etsin. Ulu babam bununla yanaşı qızlara hər Novruz bayramında pay da verirdi. Bunlar hamısı məxmər  torbaların içinə yığılırdı. Bu torbaları Hüsniyyə xanım özü tikirdi. Həmişə deyib ki, "mənə nəysə olsa, o qızların pulunu kəsmə". 

-Nəsibə xanım sizə öz adını verib. Nəsibə Zeynalova nənə kimi necə biri idi? 

- Nənəmin adını daşımağımın maraqlı tarixçəsi var. Mən martda doğulmuşam. Əvvəl istəyiblər ki, adımı Bahar qoysunlar. Amma nənəm deyib ki, yox, mənim qızım yoxdur.  Öz adını mənə verib. Nənəm sözlə kifayətlənməyib. Məni sənədlə də öz qızı edib. Beləliklə, mən şəxsiyyət vəsiqəsində Cahangir qızı yox, Mütəllim qızıyam. Bu gün rahatlıqla deyə bilərəm ki, mən Cahangir Novruzovun həm qızı, həm də bacısıyam. Atam mənim həm də qardaşımdır. Nənəm məni övladlığa götürdüyündən, onun yanında böyümüşəm. Onun tərbiyəsini almışam. Uşaqlıqdan məni özü ilə qastrollara apardı, gecələr də onunla yatırdım. Xasiyyətinə gəldikdə isə düzünü deyim ki, çox sərt idi.  Onun maraqlı xasiyyəti var idi. Hamısı elə bilirdi ki, adını mənə verib, sevimli nəvəsiyəm mənlə çox mülayimdır. O, əsl Azərbaycan qadını idi. Sərtliyi yumşaqlığından daha çox idi. 

-Nəsibə xanım səhnəmizin əvəzolunmaz "Qaynana"sı idi. Nəsibə xanımla, "Qaynana" filminəki Cənnət xanım arasında nə kimi fərq var idi? 

- Nəsibə xanım, filmdəki kimi qaynana olmayıb. Düzdür, onun xasiyyətində çox sərtlik var idi, amma gəlininə qarşı qətii bunu nümayiş etdirmirdi. Nəsibə xanım hansı obrazı oynayırdısa, sanki xalqın içindən tapıb canlandırırdı, ona görə də bu qədər sevilirdi. O, əsl Azərbaycan xanımın gözəl nümunəsi idi. Biz onun bütün obrazlarında öz yaxınlarımızı, tanıdıqlarımızı görə bilərik. 

- Nəsibə xanımla ən unudulmaz xatirəniz hansıdır?

-28 yaşıma kimi nənəmlə olmuşam deyə onunla o qədər xoş xatirələrim var ki...

Ən çox da son illərdə olan xatirələr mənim üçün çox əzizdir. Son illərində Nəsibə xanım balaca uşaq kimi idi. Həm küsəyən, həm də xəstə idi. Çox qayğılı günlər idi. Amma ən gözəl xatirəm "Yuxu" filminin çəkilişlərinə təsadüf edir. Bütün çəkiliş boyu Nəsibə xanımla oldum. İlk dəfə idi ki, çəkilişin içindəydim. Buna görə də mənim üçün bu film çox əzizdir. Çünki, ilk kadrdan tutmuş sonuncuya kimi filmin çəkilməsində iştirak etmişəm. Film 3 aya çəkildiyi üçün bu müddət ərzində Buzovnada qaldıq. Əfsuslar olsun ki, filmdə çəkilən bir çox aktyorlar artıq dünyasını dəyişib. Film çəkilişində 16 yaşım var idi. Çəkilişdən sonra uzun müddət filmin səsləndirməsində də iştirak etdim. 

-Çəkilişlərdə hansı maraqlı hadisəni xatırlayırsınız?

-Yadımdadır, filmdə bir hissə var idi. Filmin rejissoru Fikrət müəllim işinə çox bağlı idi. Əliabbasın batma  səhnəsini çəkəndə unutmuşdu ki, Nəsibə xanımın artıq 80 yaşı var. Əliabbas batandan sonra Məsmə obrazı kəndin içi ilə qaça-qaça dənizə gedir. Bu səhnə yayda 8 dəfə çəkildi. Əslində birinci kadrda çox gözəl alınmışdı. Amma Fikrət müəllim özünəməxsus dəsti-xətti vardı, yenilik görmək istəyirdi. Nəsibə xanım işinə o qədər vurğun idi ki, onu 100 dəfə də qaçırtsan o səhnəni oynayacaqdı. Fikrət müəllimə yaxınlaşıb dedim ki, müəllim, nənəmin 80 yaşı var,  bu onun səhhəti üçün problem yaradacaq. 

Fikrət müəllim həmin an ayağa qalxıb "Vay, mən nə edirəm axı? Nəsibə xanımın yaşına görə bu istidə belə səhnəni bu qədər çəkmək düzgün deyil"- deyib, başını yellədi. 

Ümumiyyətlə, filmdə bir çox maraqlı kadrlar var. Siyavuş müəllimlə Yaşar müəllimin zarafatları çox olurdu. Demək olar ki, 24 saat üzümüz gülürdü. 

Söhbət zamanı Nəsibə Cahangir nənəsi Nəsibə Zeynalova haqqında bir maraqlı məqamı da xatırlayır. O, qeyd edir ki, Xalq artisti “Qaynana” tamaşasında 3000 dəfə iştirak edib.

- Qızıl fondumuzda saxlanılan "Qaynana" tamaşası həqiqətən araşdırılsa, “Ginnesin Rekordlar Kitabı”na düşə bilər. Azərbaycan Teatrı Muzeyində "Qaynana" tamaşasının 3000-ci afişası var. Bir aktrisanın 3000 dəfə eyni tamaşada oynaması nə deməkdir?

-Nəsibə xanımın xüsusi sevdiyi aktyor və ya aktrisalar kimlər idi?

-Nəsibə xanım tərəf müqabili olduğu hər bir insana böyük hörmətlə yanaşırdı. Əfsuslar olsun ki,  onunla birlikdə çalışan insanların əksəiryyəti həyatda deyillər. Onun həmkarlarının dilindən dəfələrə eşitmişəm ki, Nəsibə xanımın nəhəngliyinə baxmayaraq, hər zaman səhnədə tərəf müqabillərinə qarşı çox diqqətcil olub. Nəsibə xanımın özü ilə işləmək xoşbəxtlik idi. Bəzi sənət adamları var idi ki, onlarla işləyən digər adamlara qarşı çox yuxarıdan aşağı baxırdılar. Amma Nəsibə xanımda bu xüsusiyyət yox idi. 

-Müsahibələrinizin birində qeyd etmisiniz ki, Nəsibə xanım ev işlərində çox səliqəli olub. Bəs ən çox hansı işlərlə məşğul olurdu?

-Bəli, nənəm ev işlərini çox sevirdi. Baxmayaraq ki, Nəsibə xanım sənət adamı idi, amma onun həm də çox gözəl evdarlığı var idi. Bu günə kimi mən onun əl işlərini hələ də saxlayıram. Nəvələri arasında bölüşdürməyi düşünürəm. Bu gün 45 yaşıma gəlib çatmışam. Hələ də Nəsibə xanımın bişirdiyi  paxlavanın dadını heç yerdə dadmamışam. Hansı rayona gedərdisə, o mətbəxdəki xanımlarla söhbət edərdi, gördüyü işlərə diqqətlə baxardı ki, gəlib evdə hazırlayardı. Burada iki məqsədi var idi. Birincisi orada olan təamların sirrini öyrənmək. İkincisi isə oradakı xanımların hərəkətini, davranışını, uşaqlarla rəftarını, ləhcəsini öyrənib oynadığı rollarda tətbiq etmək idi. O, hər xırdalığa fikir verirdi. Biz onun obrazlarına baxarkən o xanımları görə bilərik. 

-Nəsibə xanımla olan son xatirələriniz hansılardır? Son dəfə sizə nə demişdi?

-Yadımdadır, Nəsibə xanım son günlərini yaşayırdı. Anama zəng edib dedim ki,  nənəmin vəziyyəti pisdir. Anam Türkiyədə idi. Martın 10-da onu görəndə hiss etdim ki, o yaxşı deyil. Həmin gün Teatr xadimləri İttifaqı medal təsis etmişdilər. O medalı Nəsibə xanıma təqdim etmək istəyirdilər. Azərpaşa Nemətov zəng etmişdi. Mən də Nəsibə  xanımın səhhətinin yaxşı olmaması səbəbilə gələ bilməyəcəyini dedim. Medalı götürməyə özüm getdim.  Azərpaşa müəllimlə söhbətimdə bildirdim ki, Nəsibə xanımın hər an ölüm xəbərini verə bilərəm. Evə döndüm Nəsibə xanıma medalı təqdim etdim. Təqdim edərkən məndən soruşdu ki, "medal qızıldır"? Dedim yox, qızıl suyuna salınıb. Ondan sonra bir az su içdi. İki dilim kivi yedi. Artıq evə getməyə hazırlaşırdım. Yanına gəlib nəsə istəyib,  istəmədiyini soruşdum o da cavabında  "yox ay qızım, nə istəyəcəm? Atanla danışdım o da bir-iki günə gəlir"- deyə mənə cavab verdi. Axşam 8-ə 20 dəqiqə işləyirdi. Bir də gördüm baxıcısı  otaqdan çıxıb dedi ki, "nənə getdi". Otağa girəndə gördüm elə kresloda oturduğu yerdə dünyasını dəyişib. 

Nəsibə xanımla yaddaşımda ancaq xoş və gözəl xatirələr qalıb.

Aysel Şahmar

 
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Hamısı