Xəbər verdiyimiz kimi, “Miss Rusiya - 2023” müsabiqəsinin qalibi Nataliya Oskar olub. O, mükafat olaraq istənilən beynəlxalq gözəllik müsabiqəsində iştirak etmək hüququ, eləcə də Bali səyahəti əldə edib.
Ednews rus mediasına istinadən xəbər verir ki, Nataliyanın iş adamı olan yoldaşının hesabına qalib gəldiyi irəli sürülür. İddia olunur ki, onun seçilməsi üçün həyat yoldaşı öncədən rüşvət verib. Nataliya modelliklə yanaşı ingilis dili müəlliməsi olmasına baxmayaraq yaşadığı bahalı həyat tərzi ilə diqqət çəkib. Nataliya Oskar etiraf edib ki, mühüm müsabiqədə qalib gəlmək onun üçün sürpriz olub.
Qeyd edək ki, Nataliya Oskarın qalib olması soisal mediada birmənalı qarşılanmayıb. Onu təbrik edənlər olsa da, tənqid yazanlar çox olub. Ruslar Nataliyanın görünüşünə görə bu titula layiq olmadığını irəli sürüb.
Kazımlı Rübabə