Amerikalı aktyor Treat Williams dünyasını dəyişib.
Ednews gazeta.ru-ya istinadən xəbər verir ki, aktyor 71 yaşında motosiklet qəzasında ölüb.
Qəza iyunun 12-də saat 17:00 radələrində Amerikanın Vermont ştatının Dorset kəndi yaxınlığında baş verib. Müstəntiqlər hesab edir ki, avtomobilin sürücüsü motosikleti görməyib.
Treat Williams 1970-ci illərdə məşhurlaşıb. Aktyor Robert De Niro ilə "Once Upon a Time in America" adlı filmdə də rol alıb. Williams rol aldığı filmlər arasında "Marafon adamı", "1941", "Yenidən başla", "Bir dəfə Amerikada" və s. var.
Oğuz