Rusiyalı aktyor Pavel Barşak Moskvada döyülüb.
Ednews gazeta.ru-ya istinadən xəbər verir ki, insident iyulun 6-na keçən gecə Moskvanın Naqornaya küçəsində baş verib. Naməlum şəxs aktyora hücum edib. Kəllə-beyin travması alan sənətçi xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları hələ açıqlanmayıb.
Barşak aktyorluq karyerasına 2001-ci ildə başlayıb. 2002-ci ildə sənətçi kinoda debüt edib. Ona ən böyük şöhrəti Aleksey Uçitelin "Gəzinti" filmindəki Leşa rolu qazandırıb.
Barşakın filmoqrafiyasında 100-ə yaxın film var.
Oğuz