Argentinalı yazıçı Xulio Kortasarın yazdığı 7 hekayə zibilə atılmaq üzrə ikən tapılıb.
Ednews xarici mediaya istindən xəbər verir ki, hekayələrin müəllifə məxsus olub-olmadığını sübut etmək azı bir il çəkib.
Romanları və hekayələri ilə tanınan, Cənubi Amerika ədəbiyyatının mühüm nümayəndələrindən biri sayılan Kortasarın Parisə köçməzdən əvvəl Buenos-Ayresdə cəmi üç əsəri çap olunub.
Argentinada Xuan Dominiqo Peron hökuməti hakimiyyətə gəldikdən sonra siyasi təzyiqlərə görə 1951-ci ildə Fransaya köçən yazıçı həmin il "Heyvan Hekayələri" adlı ilk hekayə kitabı nəşr edildi.
Kortasarın hələ nəşr olunmamış yeddi qısa hekayəsinin yalnız adları açıqlanıb.
Inventario (Inventory) Carta de un fama a otro fama (Bir məşhurdan digərinə məktub) Mariposas automáticas (Avtomatik Kəpənəklər) Los viajes y los sueños (Səyahətlər və xəyallar) Diminuto unicornio (Balaca Unicorn) Rabia del espejo (Miry) və del mar (Dənizlərin Kralı).
Əsərin hazırkı sahibi kimliyini gizli saxlamağa üstünlük versə də, 7 qısa hekayə oktyabrın 12-də hərrac hərraca çıxarılacaq.
Oğuz