Əməliyyatı üçün pul tapılmadı, vəsiyyətinə əməl etmədilər – Hamlet Qurbanovun faciəvi həyatı

Mədəniyyət 12:00 13.10.2023

Bu gün kino və teatr sənətinin ən məşhur simalarından biri, böyük aktyor Hamlet Qurbanovun doğum günüdür. Ednews mərhum sənətçi haqqında maraqlı faktları təqdim edir.

Hamlet Qurbanov 13 oktyabr 1938-ci ildə aktyor Ağadadaş Qurbanov və Opera müğənnisi Gülxar Həsənovanın ailəsində anadan olub.

Hamletin bir yaşı olanda onun valideynləri ayrılır. Anası Gülxar xanım ərini xəyanətdə ittiham edərək bir yaşlı oğlunu götürüb evdən çıxır. Həmin məqamda Hamletin atası evdə yatılı olur.

Hamlet Qurbanov 1961-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu rejissor Mehdi Məmmədovun kursunu bitirir. Ali məktəbi bitirəndən sonra Azərbaycan Milli Dram Teatrında işə başlayır. Mehdi Məmmədovun quruluşunda Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" pyesi əsasında hazırlanan doktor Lalbyüz rolu ona çox böyük müvəffəqiyyət gətirir

***

Oynadığı ilk rollardan biri haqqında maraqlı epizod danışırlar:

Hamlet Qurbanov teatra gəldiyi vaxtlarda Səməd Vurğunun "Vaqif" pyesində Əsgər rolunu oynayır. Axşam tamaşalarının birində üzünün bir hissəsini qrim edərək səhnəyə çıxır. Teatrın direktoru Əliheydər Əkbərov gənc aktyoru kabinetinə çağırır.

- Hamlet, niyə üzünün bir hissəsini qrim edib tamaşaya çıxmısan?

- Əliheydər müəllim, tamaşada mənim bir yerim var, orada da tamaşaçılar üzümün bir hissəsini görürlər. Mən də ancaq görünən hissəsini qrim elədim.

Ağadadaş Qurbanovla oğlu Hamlet eyni teatrda çalışsalar da bir-birləri ilə küsülü olublar. Amma bu küsülülük ailə məsələlərinə görə yox, teatrdakı problemlərlə bağlı olub.

***

Atası rəhmətə gedən ərəfədə isə Hamlet Qurbanov anası ilə birgə Moskvaya gedir. Hamlet rejissorluq ixtisasından imtahan verir. İkinci imtahanı verən zaman Gülxar xanıma Ağadadaş Qurbanovun ölüm xəbərini çatdırırlar. Xəbəri eşidən aktrisa ağlayır, Hamlet anasının səsini eşidib gələndə, o, ərinin ölümünü ondan gizlədir. Ölənin başqa aktyor olduğunu deyir, özü isə ertəsi gün Bakıya qayıdır. Lakin, elə ertəsi gün rejissor Eldar Quliyev bu xəbəri Hamletə çatdırır. Hamlet anasına zəng vurub ağlaya-ağlaya deyir: “Ana, axı sən niyə belə elə elədin? İndi mən atamla həmişəlik küsülü qaldım. Heç olmasa son dəfə gəlib onu yola salardım”.

***

Hamlet Qurbanov ana tərəfdən qohumu olan Cəmilə adlı xanımla evlənir. Bu evlilikdən onların Səlim adlı oğlu olur. Lakin, ailə bir müddət sonra uğursuzluq yaşayır, 33 yaşlı Hamlet xanımından ayrılıb tək yaşamağı seçir. Lakin, sonralar xəstəliyinin şiddətlənən dövrlərində aktyora Cəmilə xanım qulluq göstərir.

Sənət yoldaşlarının və yaxınlarının dediyinə görə Hamlet Qurbanov olduqca qapalı, ünsiyyətə o qədər də meylli deyilmiş. Hamletlə birgə çalışmış iş yoldaşları onu belə xarakterizə edirlər: Onun öz dünyası var idi, həmişə xəyallarda olar, həmişə fikirli görünərdi. Hətta küçədə gəzəndə belə onu gözləyə bilən təhlükənin fərqində olmurdu. Kollektivlə qastrol səfərlərinə gedəndə, kino çəkilişləri ilə bağlı rayonlarda olanda təkliyə qapanar, heç kimlə deyib-gülməzdi.”

***

Xalq artisti Rafiq Əzimov hələ institut illərindən tanıdığı Hamlet Qurbanovu belə xatırlayır: "Çox qəribə insan idi. Deyib gülməklə, söz-söhbətlə heç arası yox idi, daha çox tənhalığı sevirdi. Həmişə oturub xəyala dalırdı, biz də belə anlarda ona mane olmazdıq. Çünki bilirdik ki, ürəyindən keçənləri heç kimlə bölüşən deyil. Tənhalıqda onu nə cəlb edirdi, heç birimiz bilmədik..."

Hamlet Qurbanov səhnədə xoşbəxt aktyor olmasına baxmayaraq, şəxsi həyatında xoşbəxt deyildi. Ailəsindən ayrılan Hamlet hər zaman qovuşa bilmədiyi sevgisinə sadiq qalmışdı. Aktyor məşhur bir aktrisa ilə eşq yaşasa da, həmin aktrisa ona xəyanət edərək başqası ilə evlənmişdi. Anası Gülxar xanım müsahibələrinin birində deyir ki, həmin aktrisa oğlu Hamletə saysız-hesabsız sevgi məktubları yazıbmış. Amma aktrisa ərə gedən gün Hamlet bütün məktubları yandırıb.

***

Deyilənə görə çoxdan xalq artisti adına layiq olan aktyorun əməkdar artist adını almasına günlər qalmış adı siyahıdan silinir. Bu da azmış kimi səhhətində müəyyən narahatlıqlar hiss edən aktyor bir gün həkim müayinəsindən keçən zaman öyrənir ki, illərlə onu narahat edən mədə xorası xəstəliyi xərçəngə çevrilib. İlk cərrahiyyə əməliyyatından sonra yaşayacağına ümid edir. Xəstə yatdığı günlərdə əhvalını soruşan həkimlərlə mehriban cavablar verir. Qocalıq haqqında söz düşəndə isə “ölüm gələr, ölərik" cavabını verir.

Aktyorluqdan başqa heç bir gəlir yeri olmayan Hamlet və onun anası Gülxar xanım ikinci dəfə müəyyən adamların qayğısıyla Moskvaya müalicəyə gedirlər. Üçüncü dəfə isə əməliyyat üçün pul tapılmır. Bu müddət ərzində anası neçə idarəni ayaqdan salsa da, yeganə övladının müalicəsi üçün lazım olan məbləği tapa bilmir. Bir müddət sonra isə həkimlər ona daha gecdir cavabını verirlər.

***

Heç bir fəxri adı olmayan Hamlet Qurbanovun vəziyyəti günü-gündən pisləşir. Ömrünün son günlərində onu görənlər gözlərinə inanmırlar. Xəstəliyin şiddətindən tanınmaz hala düşən Hamlet Qurbanov 16 noyabr 1995-ci ildə xərçəng xəstəliyindən vəfat edir. Yasamal qəbiristanlığında basdırılır.

Hamlet öləndə anasına iki şeyi vəsiyyət edir. Bir heç vaxt ağlamamağı, bir də onu atasının yanında dəfn etməsini. Bəzi rəsmi məsələlər isə Hamletin vəsiyyətinə mane olur. Bu səbəbdən Gülxar Ağadadaş Qurbanovun məzarını ziyarət etməyə gedə bilmirmiş. Hər dəfə ora gedəndə oğlunun yerinə yetirə bilmədiyi vəsiyyəti yadına düşürmüş.

Oğuz

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Ərdoğan yunan Baş nazirlə birgə brifinqdə: Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir
21:21 13.05.2024
Avropalı parlamentari Qərbi azərbaycanlıların yaşadıqları bəlaları tarixi faciə adlandırıb
21:00 13.05.2024
Aİ Moldovadan gələn mallara rüsum və kvotaların dayandırılmasını bir il müddətinə uzadıb
20:40 13.05.2024
Berlində Azərbaycanlı Mühəndislərin Avropa Forumu təşkil olunacaq
20:20 13.05.2024
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
20:00 13.05.2024
“Xarıbülbül” festivalı “Sələflər və xələflər”lə Laçında
19:51 13.05.2024
Yan Borq: ATƏT Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləməyə hazırdır
19:30 13.05.2024
Azərbaycana idxal olunan avtonəqliyyat vasitələrinə “Avro-5”in tətbiqi araşdırılır
19:15 13.05.2024
İspan foto-jurnalist Fransanın Ruandadakı soyqrımından danışdı - VİDEO
19:00 13.05.2024
Sabahdan bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılacaq
18:50 13.05.2024
COP28-in Baş danışıqçısı şəffaflıq hesabatlarının vaxtında təqdim edilməsinə çağırır
18:39 13.05.2024
Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur
18:19 13.05.2024
İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib
18:16 13.05.2024
Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
18:09 13.05.2024
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
18:00 13.05.2024
Şahdağa qar yağır - FAKTİKİ HAVA
17:53 13.05.2024
Sumqayıtda ana və azyaşlı övladları 11 gündür İTKİNDİR
17:44 13.05.2024
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
17:30 13.05.2024
Bu ixtisasların məzunları da müəllim ola biləcək – SİYAHI
17:15 13.05.2024
İspaniyalı foto-jurnalist: Qarabağda gördüyüm mina təhlükəsi məni dəhşətə gətirdi - VIDEO
17:00 13.05.2024
Xocalıya da köç başlayır - Rəsmi
16:55 13.05.2024
Bəzi bölgələrə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:49 13.05.2024
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
16:32 13.05.2024
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
16:23 13.05.2024
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
16:10 13.05.2024
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
15:48 13.05.2024
Paşinyanın noyabra qədərki sülh vədi: Həqiqət yoxsa illüziya? – Beynəlxalq ekspertlər ŞƏRH EDİR
15:40 13.05.2024
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
15:30 13.05.2024
Almatı görüşü iki ölkə arasında sülh müqaviləsini tezləşdirəcəkmi? – Politoloqdan AÇIQLAMA
15:30 13.05.2024
Bu qadınların maaşları ARTIRILA BİLƏR
15:25 13.05.2024
Ukrayna niyə müdafiə oluna bilmir?
Ukrayna niyə müdafiə oluna bilmir?
15:20 13.05.2024
YAP Umud Mirzəyevi Fəxri Fərmanla təltif etdi – FOTO
15:00 13.05.2024
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
14:59 13.05.2024
İranda yeni nüvə reaktoru tikiləcək
İranda yeni nüvə reaktoru tikiləcək
14:50 13.05.2024
"Qarabağ"a qızıl medal və kubok bu stadionda veriləcək
14:46 13.05.2024
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
14:32 13.05.2024
Babək prospektində piyadanı maşın vurdu - Sıxlıq yaranıb
14:15 13.05.2024
“Azərbaycanda minimum əməkhaqqı kifayət qədər azdır” – İqtisadi ekspert açıqlayır
14:00 13.05.2024
Bu məhkəmələrə yeni hakimlər təyin edildi - SİYAHI
13:46 13.05.2024
Qarabağda ötən həftə aşkarlanan minaların SAYI
13:27 13.05.2024
Hamısı