Kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin “Avqust ayına qədər” adlı romanı yazıçının ölümündən 10 il sonra çap olunacaq.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, kitab 12 mart 2024-cü ildə işıq üzü görəcək. Bu, müəllifin son arzularından biri olub.
Roman Ana Maqdalena Bax adlı qadının hər il anasının ildönümündə bir adaya səfərindən bəhs edir.