Türkiyəli rejissor Zeki Demirkubuzun yeni "Həyat" filminin premyerası olub.
Ednews türk mediasına istinadən xəbər verir ki, kinosevərlərin uzun müddətdir maraqla gözlədiyi film "Atlas 1948 Cinema"da, dünən isə Kadıköy Kinoteatrında tamaşaçılarla görüşüb.
Filmin nümayişindən sonra tamaşaçıların suallarını cavablandıran Zeki Dəmirkubuz uzun müddətdən sonra film çəkdiyi üçün həyəcanlı olduğunu ifadə edərək, "Həyat insanları yumşaldır, razıyam ki, həyat köhnə filmlərimdəki kimi qaranlıq deyil,” deyə fikirlər səsləndirib.
Suallara cavab olaraq Dəmirkubuz ssenarinin yazılması prosesi haqqında da ətraflı məlumat verib, “Həyat” filminin hekayəsində onu nədən ilhamlandırdığından danışıb.
FİLM HAQQINDA
Atası tərəfindən nişanlanmağa məcbur edilən Hicran evdən qaçır. Hicranın onsuz da onu istəmədiyini düşünən Rza əvvəlcə bu vəziyyətə əhəmiyyət verməsə də, vəziyyət getdikcə çətinləşir və Hicranla qarşılaşmağa qərar verir. Yalnız bir dəfə gördüyü nişanlısının arxasınca İstanbula gedir və uzun sürən axtarışlara başlayır. Cem Davran, Umut Kurt, Melis Birkan, Osman Alkaş, Ozan Dağara, Doğu Demirkol , Kayhan Açıkgöz, Muttalip Müjdeci, Seyit Nizam Yılmaz, Berfun Başel, Hande Özen, Özlem Türkad və Caner Cindorukun kimi aktoyrların yer aldığı film dekabrın 1-də nümayiş olunacaq.
Oğuz