51 yaşında ilk dəfə dondurma yəyən, öləcəyi günü yuxusunda görən Azərbaycanın Xalq artisti – Maraqlı faktlar

Mədəniyyət 12:00 30.10.2023

Bu gün müğənni, bəstəkar, Azərbaycanın xalq artisti Məmmədbağır Bağırzadənin anım günüdür. Ednews mərhum sənətçi haqqında maraqlı faktları təqdim edir:

Məmmədbağır Bağırzadə 21 iyul 1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gəlmişdir.

Məmmədbağırın sənət yolu toylardan və el şənliklərindən başlamışdır. O adətən öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edirdi. Xüsusilə də, şairə Zivər Ağayeva ilə qurduğu yaradıcılıq əlaqələri nəticəsində Azərbaycan milli musiqi sənətinə çox sayda gözəl mahnılar bəxş etmişdir.

İran muğamlarını, ərəb, fars musiqilərini çox gözəl ifa edirdi. Amma efirdə heç vaxt o mahnıları oxumayıb. Bir dəfə oğlu deyib ki, efirlərdə, səsyazma studiyalarında bu mahnılardan ifa et. Məmmədbağır deyib: “Sən nə danışırsan? Adamlar var, gözləyirlər ki, mən İran musiqiləri ifa edim, ondan sonra məni topa tutsunlar”.

***
Həddindən artıq kövrək adam olub. Hərdən ailəlikcə süfrə arxasında əyləşib televiziya kanallarında gedən musiqilərə qulaq asanda hansısa musiqi və ya bir alətin səsi Məmmədbağırın ürəyinə toxunurmuş. Onda ailəsi baxıb görürmüş ki, tikəsini uda bilmir, ağlayır.

Dondurmanı ilk dəfə əlli bir yaşında yeyib. Oğlu o xatirəni bu cür danışır: “Yadıma gəlir, bacımın yaşı az idi. Atam evə zəng vuranda bacım ona dedi ki, gələndə ona dondurma alsın. Onda anam təzə rəhmətə getmişdi. Atam bir neçə “karobka” cürbəcür dondurma alıb gətirdi. Bacıma dedi ki, qızım ürəyin nə qədər istəyir ye. Sonra o, özü də bizə qoşulub ikisini birdən yedi. Mən onda məəttəl qaldım. Çünki atam səsinə görə heç vaxt soyuq şeylər yeməzdi. Bizim başımız dondurma yeməyə qarışanda gördük atam ağlayır. Bacım ondan ağlamağının səbəbini soruşanda atam onun başını sığallayıb dedi: “Mən siz yaşda olanda pulum yox idi dondurma almağa, sonralar da sənətim imkan vermədi”.

***
Yoldaşı 44 yaşında xərçəng xəstəliyindən vəfat etmişdi. Axırıncı cümə axşamında oğlunun qızı dünyaya gəlir. Məmmədbağır ona yoldaşının adını qoyur və hamıdan xahiş edir: heç vaxt onun yanında qızı öz adı ilə çağırmayaq.

***

Həyat yoldaşı ilə qohum olmuşdular. Uşaqlarının dediyinə görə, yoldaşını həddindən artıq çox istəyirmiş. Yoldaşı Məmmədbağırın bütün şıltaqlıqlarına dözməyi bacarırmış. Sənətkarın oğlu deyir: “Atamdan anama o qədər sözlər gəlib deyirdilər ki, onun yerinə başqası olsaydı, bəlkə də bacarmazdı. Ona görə də anam rəhmətə gedəndən sonra atam deyirdi ki, özümü öldürəcəm, gedim görüm o dünyada Naibə neynir. Biz yalvarıb yaxarırdıq ona ki, elə şey eləməsin”.
Naibə xanım dünyasını dəyişəndə həqiqətən də intihar etmək fikrindəymiş. Onun psixoloji vəziyyətində dəyişikliklər olmuşdu. Tez-tez deyirmiş ki, daha yaşamaq istəmirəm, ölmək istəyirəm.

***
Toylardan küllü miqdarda pulla çıxırmış. Hamı deyirmiş ki, Məmmədbağır hər gecə evinə yeşiklə pul aparır. Oğlu maşın həvəskarı imiş. Məmmədbağır isə onun bahalı maşınlar almağına razı olmurmuş. Deyirmiş, olmaz, kənd yeridi, hamının diqqəti üstümüzdədir.

Nardarana da, oranın adətlərinə də bağlıymış. Bir dəfə Norveç də daxil olmaqla bir neçə xarici ölkəyə uzun müddətli qastrola gedibmiş. O səfərlərdə bığını qırxmışdı. Qastroldan gələndən sonra böyük yeznəsi onunla görüşmək istəyib. Məmmədbağır əlini dizinə çırpıb deyirmiş ki, indi onun yanına bığsız necə gedəcəm? Görüş vacib olduğundan məcbur olub gedibmiş. Amma əvvəldən axıra qədər bığının üstündən dəsmalı götürməyib, yalandan deyib ki, dişimi çəkdirmişəm.

***
1973-cü ildə Məmmədbağır yaradıcılığının zirvəsini yaşamışdı. O vaxtın çörək satıcıları kaset satıcılarına deyirmişlər ki, Məmmədbağırın valları o qədər çox satılır ki, heç biz o qədər çörək satmırıq.

***

Toylardan qanıqara gəlirmiş. Səbəb isə çox qəribəydi: onun səsini yazmaqdan ötrü toyda adamlar bir-biri ilə dava edirmişlər, toy çadırını dağıdırmışlar ki, ağacların başından Məmmədbağırı görə bilsinlər.

***

Çox qısqanc adam olub. O dövr də elə şeylər görübmüş ki, inamı itibmiş. Buna görə də qızlarını səkkizinci sinifdən məktəbdən çıxarmışdı. Həyatda ən çox iki şeydən qorxurmuş: bir avtomobil qəzasından, bir də ailəsinin ləkələnməsindən. Deyirmiş ki, nə vaxtsa mən olmasam, ailəmdə namus söhbəti olsa, qəbirdə gorum çartlayar.

Onun mədəsində problemlər varmış. Axırıncı dəfə toyda mədəsinin ağrısı bərk tutub. Birtəhər toyu yola veribmiş. Oğlu o günü belə danışır: “Sonra Zöhrə xanım, mən, bir də atamın dostu Baxşəli əmiylə atamı xəstəxanaya apardıq. Atamı yoxlayıb evə buraxdılar. Oktyabrın 23-də səhər vaxtı atam mənə zəng vurub dedi ki, Rahim ağzımdan köpük gəlir. Onda ilk dəfə atamın o qadınla yaşadığı evə getdim. Atamın otağına girdim, o, məni görən kimi ağladı. Onu tez xəstəxanaya gətirdik. Həkim yoxladı, mənə dedi, atan təcili əməliyyat olunmasa, iki saatdan çox yaşamayacaq. Ayağı ilə gedən adama belə bir diaqnozun qoyulması məni şoka saldı. Hardasa iyirmi dəqiqəyə atamı əməliyyata hazırladılar. Amma bütün məsuliyyəti mənim boynuma qoydular. Atam məni çağırdı, öpdü qucaqladı, dedi, Rahim, mənim ağzımdan yenə köpük gəldi, məni burdan apar”.

***

Qəribədir ki, Məmmədbağır oktyabrın 30-da rəhmətə gedəcəyini yuxuda görmüşdü. Həmişə də bu tarixdən qorxurdu. Elə oktyabrın 30-da dəfn olunub.

Oğuz 

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Hamısı