Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən IX Bakı Beynəlxalq Kitab Sərgisi davam edir.
Sərgi haqqında fikirlərini Ednews-a bölüşən yazıçı Cəlil Cavanşir bildirdi ki, bu ilki sərgi çox əla təşkil edilib:
“Həm oxucular, həm də iştirakçılar razı və məmnun görünür. Xırda qüsurlar olsa da, qonaqların, ziyarətçilərin sayı xeyli artıb. İnanıram ki, növbəti illərdə daha mükəmməl, daha uğurlu sərgilər keçiriləcək. Əziyyət çəkən, vicdanla çalışan hər kəsə minnətdaram.
Yazıçı qeyd etdi ki, Qanun nəşriyyatının tədbirlərinə cavabdeh olduğu üçün kitabları ilə maraqlanmır:
“Oxucular kitablarımı alır, yaxınlaşır, imzalayıram. Narazı deyiləm”.
Oğuz