Londondakı Britaniya Muzeyindən oğurlanan əsərlərlə bağlı başladılan araşdırma tamamlanıb.
Kulis.az xəbər verir ki, muzey rəhbərliyinin verdiyi açıqlamaya görə, qədim Yunan və Roma kolleksiyalarından əksəriyyəti zinət əşyaları olmaqla 2 minə yaxın əsər oğurlanıb.
Açıqlamada indiyədək cəmi 351 obyektin geri qaytarıldığı bildirilib və bərpa prosesinin çətinliyi vurğulanıb.