Eldəniz Babayevin “ZƏFƏR MÜJDƏSİ” adlı fərdi əsəri açılacaq - VİDEO

Mədəniyyət 13:29 27.06.2024

Bu gün saat 18:00-da İstanbul Atatürk Mədəniyyət Mərkəzinin qalereyasında rəssam Eldəniz Babayevin "Zəfər müjdəsi" adlı şəxsi sərgisi açılacaq.

Ednews xəbər verir ki, İstanbul Atatürk Mədəniyyət Mərkəzinin qalereyasında rəssam Eldəniz Babayevin "Zəfər müjdəsi" adlı şəxsi sərgisi keçiriləcək.

Azərbaycan Xalq Cümhuriyyətinin 105 illiyinə və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş sərgi, rəssam Eldəniz Babayevin yaradıcılığının müxtəlif mərhələlərini əhatə edir.

Sərgidə rəssamın təxminən yetmiş rəngkarlıq və qrafik əsəri nümayiş etdirilir - portretlər, natürmortlar, mənzərələr, tarixi və janr rəsm əsərləri, Azərbaycanın Vətən müharibəsində parlaq Qələbəsini, Azərbaycan və Türkiyənin qırılmaz dostluğunu, habelə Azərbaycan xalqının mədəniyyətini, adət-ənənələrini və məişətini tərənnüm edən əsərlər.

Sərgidə Ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, həmçinin Azərbaycanın müstəqilliyinin əldə edilməsində böyük rol oynamış Türkiyə və Azərbaycan sərkərdələrinin portretləri xüsusi və hörmətli yeri tutur.

Sərgidə, həmçinin, azərbaycanlı və türkiyəli məşhur şairlərin qrafik portretləri təqdim olunur ki, onların yaradıcılığı iki qardaş xalqın azadlıq və müstəqillik ideyalarını əks etdirir.

Eyni zamanda, sərgidə rəssamın həyat və yaradıcılığını, eləcə də onun ictimai və maarifçilik fəaliyyətini əks etdirən "ELDƏNİZ BABAYEV. Zəfər müjdəsi" (müəllif Mirzə Talıbov) adlı kitab-kataloqun təqdimatı keçiriləcək.

Sərgi İstanbulda Azərbaycan Respublikasının Baş Konsulluğu, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Beynəlxalq Əlaqələr Mərkəzi (Azərbaycan-Türkiyə Təşkilatı), Azərbaycan Hava Yolları, Azərbaycan Rəssamlar İttifaqı, “Bakı” İncəsənət Qalereyası, Yeni Gallery Bakı İncəsənət Mərkəzinin dəstəyi ilə Atatürk Mədəniyyət Mərkəzinin qalereyasında keçirilir.

Rəssam haqqında qısa məlumat

Eldəniz Tarıverdi oğlu Babayev 1971-ci ildə Lənkəranın Boladi kəndində anadan olub. 1990-cı ildə A.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib.

1997-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin rəngkarlıq fakültəsini bitirib.

Rəssam Bakı İncəsənət Mərkəzinin (1989) və Azərbaycan Rəssamlar İttifaqının (2005) üzvüdür.

2006-cı ildən “Bakı” rəsm qalereyasının direktorudur. Rəssam Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Azərbaycan Bayrağı” (2011) və “Azərbaycan Ziyalısı” (2016) fəxri mükafatlarına layiq görülüb.

1998-2006-cı illərdə Bakı Mədəniyyət İdarəsinin nəzdində “Qala” rəsm qalereyasını təşkil edib. Həmçinin, rəssam, Misir və Kolumbiya səfirliklərinin mədəniyyət nişanları, Bakı Mədəniyyət İdarəsinin çoxsaylı fəxri fərmanları və diplomları ilə təltif olunub.


Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?

Xəbər xətti

Boşanma uşaqları ölümə aparır
08:12 30.06.2025
" Tramp ABŞ-ni borc köləliyinə aparır"
07:49 30.06.2025
II Ramzes nədən ölüb? -Fironun sirrləri açıldı
07:36 30.06.2025
Türkiyədə mərasim zamanı 52 nəfər qidadan zəhərlənib
07:13 30.06.2025
"Uranın zənginləşdirilməsini dayandırmayacağıq"
06:45 30.06.2025
"Nissan" maliyyə ilini zərərlə başa vurub
06:39 30.06.2025
Qlobal maliyyə böhranı gözlənilir mi?
06:21 30.06.2025
Mikroorqanizmlər üçün "Nuhun gəmisi" yaradıldı
05:34 30.06.2025
Somali xüsusi təyinatlıları antiterror əməliyyatı keçirib
05:19 30.06.2025
İtaliyada güləş üzrə Avropa çempionu olan Azərbaycan millisi Vətənə qayıdıb
05:03 30.06.2025
Çoban iti sakinlərə hücum etdi
04:41 30.06.2025
ABŞ-da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub
04:30 30.06.2025
Denisovanların üzü ortaya çıxdı
04:08 30.06.2025
"Son 4 ildə 3-cü dəfə Avropa çempionu olduq"
03:51 30.06.2025
Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?
03:46 30.06.2025
"Z" nəslinə etiket dərsi keçiləcək
03:25 30.06.2025
Serbiyadakı etirazlar bütün ölkəni bürüyür -Paytaxtda nəqliyyat iflic olub
02:55 30.06.2025
İranın 400 kiloqram zənginləşdirilmiş uranı nəzarətdən itib
02:32 30.06.2025
Klublararası dünya çempionatı: "Bavariya" 1/4 finala vəsiqə qazandı
02:16 30.06.2025
Nazir vurma cədvəlini bilmədi
02:08 30.06.2025
Ağdamda polis əməkdaşı minaya düşdü
02:01 30.06.2025
"Saxta "Telegram" kanalının məlumatı Rusiyadakı soydaşlarımıza qarşı təxribatdır"
01:55 30.06.2025
İstanbulda dənizdə çimmək qadağan olundu
01:31 30.06.2025
Klublararası dünya çempionatı: "PSJ" "İnter Mayami"ni darmadağın etdi
01:08 30.06.2025
Qranada şəhərində Ərəb hökmranlığının izləri
00:33 30.06.2025
Rusiyanın daha bir şəhərində azərbaycanlılara qarşı əməliyyat keçirildi
00:23 30.06.2025
Məzunlar niyə işsiz qalır?
00:14 30.06.2025
Makron Pezeşkianla nə danışdı?
00:07 30.06.2025
30 İyun – Azərbaycan sevgisinin simvolik günüdür
00:01 30.06.2025
Çin yeni silah yaradıb
23:59 29.06.2025
Nəm salfetlər təhlükəlidirmi?
23:44 29.06.2025
Milli Məclisin vitse-spikeri Pyotr Tolstoya cavab verdi: "Həyasız, insanlığa sığmayan açıqlamadır"
23:26 29.06.2025
Pakistanda güclü yağışlar fəlakət gətirdi -43 nəfər həlak oldu
23:11 29.06.2025
“ABŞ heç nə edə bilmədi, Tramp hər şeyi şişirdir”
22:56 29.06.2025
Tünzalə Ağayeva "Yekaterenburq hadisələri"-nə reaksiya verdi
22:42 29.06.2025
Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu keçiriləcək
22:40 29.06.2025
Ukraynan Ottava Konvensiyasından çıxır
22:25 29.06.2025
"Guya polisi görəndə qardaşlarımın ürəyi partlayıb"
22:16 29.06.2025
SEPAH-ın Kəşfiyyat İdarəsinin İraqdakı ofisi yanır
22:10 29.06.2025
Tehran metrosunda "Mossad" agenti tutuldu
21:55 29.06.2025
Hamısı