Yaponiyanın avtomobil istehsalçısı "Nissan" ötən maliyyə ilini 4.5 milyard dollar həcmində xalis zərərlə başa vurub.
“EDnews” xəbər verir ki, bundan əlavə, "Nissan" şirkətinin dividend ödənişlərini dayandırdığı bildirilir.
Avtomobil istehsalçısı itkiləri aktivlərin dəyərsizləşməsi və restrukturizasiya xərcləri ilə izah edir.
Məlumata görə, "Nissan" ölkə daxilində və xaricdəki zavodlarını bağlamağı da planlaşdırır.