"Divara bantlanmış banan" niyə məşhurlaşdı? ARAŞDIRMA

Mədəniyyət 15:03 29.11.2024

İş adamı Castin Sanın italiyalı konseptual rəssam Maurisio Kattelanın “Divara bantlanmış banan” kimi tanınan “Komediyaçı” əsərini 6,2 milyon dollara satın alıb yeməsi yaddan çıxmayıb. İllərdir sənət tarixində müzakirə olunan bu əsər yenidən gündəmə gəldi. 

EDnews əsərin tarixcəsi və bu qədər məşhurlaşmağının səbəblərini araşdırıb.

Rəssam "Komediyaçı" əsərinin ideyasının studiyasında bananı müşahidə etməklə yarandığını bildirir. Onun sözlərinə görə, banan həm qlobal, həm də tarixi simvol kimi seçilib.
Kattelan müsahibələrinin birində "mən həmişə bananı konseptual bir əsər üçün istifadə etməyi düşünürdüm" deyib. Əvvəlcə bananı şüşə, tunc kimi materiallarla təsvir etmək istəsə də, nəticədən razı qalmayan sənətçi sonda  onu olduğu kimi istifadə etməyə qərara alıb.

Əsər ilk dəfə 2019-cu ildə Art Basel Miami sərgisi üçün hazırlanıb. Bu sərgi müasir incəsənət dünyasında ən nüfuzlu və sənətçilərin əsərlərinin yüksək qiymətə satıln alınmasında önəmli rola malikdir.
Kattelan bananı gümüş rəngli bantla divara yapışdıraraq əsərin əsas formasını elə sərgi günü yaradıb. Əsər üç nüsxədə təqdim edilib və hər biri sərginin ilk günləri 120000 - 150000 ABŞ dollarına satılıb. 

Əsərin adının "Komediyaçı" olmasının səbəbi Maurisio Kattelanın müasir incəsənət dünyasına olan yumoristik yanaşmasını göstərir.

Əsərin hələ ilkin nümayişi zamanı geniş ictimai müzakirələr başlanıb. Əsərin bir nüsxəsinin gürcüstanlı performans sənətçisi David Datunanın 2019-cu ilin dekabr ayında divardan qopararaq yeməsi və bunu “Aclıq incəsənəti” performansı adlandırması onun daha çox müzakirə olmasına səbəb olub. Katella David Datunanın bu hərəkətinə heç bir reaksiya verməyib.

Əsərin bu qədər məşhurlaşmağının bir sıra başqa səbəbləri də var. İlk növbədə əsərin texniki və ya vizual baxımdan sadəliyi, müasir incəsənət aləmində "bunu hər kəs edə bilərdi, amma etmədi" məntiqini gündəmə gətirir. 

Maurisio Kattelan bu əsəri, eyni zamanda müasir incəsənətə satirik yanaşmanı özündə göstərir. Sənətçi müasir incəsənət bazarını və onun absurda meyilli olmasını bu cür tənqid edir. Əsər yüksək qiymətə satılaraq (120000-150000 ABŞ dolları) sənət bazarındakı şişirdilmiş qiymətləri ironik şəkildə üzə çıxarıb. 

Eyni zamanda əsəri məşhurlaşdıran önəmli nüanslardan biri də onun haqqında sosial mediada kütləvi şəkildə xəbərlərin yayılması olub. Əsər təqdim olunduğu andan sosial mediada sürətlə yayılıb. İnsanlar onun absurdluluğu ilə maraqlanıb, zarafatlar edib və hətta sənətçini təqlid etməyə çalışıblar. Media əsərin populyarlığını artırıb ki, bu da müzakirələrə səbəb olub.


“Komediyaçı”ya dırnaqarası yanaşmalar, incəsənətlə bağlı intelektual müzakirələrin edilməsinə səbəb olub. Əsər insanlara, sənətşünas və tənqidçilərə müasir incəsənətin sərhədləri haqqında düşünmək fürsəti verib. "Bananın çürüyəcəyini bilə-bilə onun incəsənət əsəri kimi təqdim olunmasında sənət nədir" və sənətin davamlılığı nə qədər vacibdir" kimi fəlsəfi suallar gündəmə gətirib.

Əsərin bir hissəsi də onun sərgidə yeyilməsi ilə yadda qalıb. Gürcü sənətçi David Datuna tərəfindən bananın divardan qoparılaraq yeməsi xeyli müzakirə olunub. Bu, əsərin məzmununa, ötürmək istədiyi mesaja yeni bir məna əlavə edib. Belə ki, digər dövrlərdə yaradılan sənət əsərlərindən fərqli olaraq müasir incəsənətin müvəqqətiliyi, gələcək prespektivlərinin olmadığını göstərib. 

Bananın simvolik mənası da əsərin məşhurlaşmasına səbəb olub. Tənqidçilər bildirir ki, bananın özündə həm gündəlik həyatla, həm də iqtisadi sistemlə bağlı simvolik mənalar var. “Banan tarixi boyu qlobal iqtisadiyyatın və müstəmləkəçiliyin bir simvolu olub. Eyni zamanda, onun çürüyən, müvəqqəti bir obyekt kimi seçilməsi, həyatın müvəqqəti xarakterinə işarə edir”.

 "Komediyaçı" əsəri, sadə görünməsinə baxmayaraq, müasir incəsənət, iqtisadiyyat və cəmiyyət haqqında geniş müzakirələrə səbəb olub. Bu əsərin əsas gücü onun tamaşaçıları düşündürməyi və təəccübləndirməyi bacarmasındadır. Bununla yanaşı, əsər müasir sənətin kütlənin istək və diqqətinə, həmçinin  medianın gücünə necə bağlı olduğunu göstərən bir nümunəyə çevrilib. Beləliklə, sənətin əvvəlki dəyərinin və mənasının tamamilə dəyişdiyini “Komediyaçı”nın timsalında görmək mümkün olur. 

Üç nüsxədən ibarət olan “Komediyaçı” əsərinin iki nüsxəsi yeyilsə də, son nüsxəsi 2019-cu ildə Art Basel Miami sərgisində 120 min dollara alan və dünya xəbərinə çevrilən Bili və Beatrise Cox cütlüyündədir. Əsəri aldıqdan sonra mediaya açıqlama verən cütlük "Risk etdiyimizi bilirdik, amma bunun tarixi bir obyekt olacağını hiss edirik" deyib. 

Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?

Xəbər xətti

Lizinqlə avtomobil alanların diqqətinə: Müqavilələri diqqətlə oxuyun!
09:57 30.06.2025
Ay ətrafında ilk dövrəni tısbağalar vurub
09:29 30.06.2025
Zelenski Rusiyanın Ukraynaya qarşı hücumlarını şərh edib
09:14 30.06.2025
Yurasek "Beşiktaş"da
08:58 30.06.2025
Rusiyada bonus və mükafatlar kütləvi şəkildə ləğv edilir
08:34 30.06.2025
Boşanma uşaqları ölümə aparır
08:12 30.06.2025
Kəngərliyə növbəti köç baş tutdu
07:54 30.06.2025
" Tramp ABŞ-ni borc köləliyinə aparır"
07:49 30.06.2025
II Ramzes nədən ölüb? -Fironun sirrləri açıldı
07:36 30.06.2025
Türkiyədə mərasim zamanı 52 nəfər qidadan zəhərlənib
07:13 30.06.2025
"Uranın zənginləşdirilməsini dayandırmayacağıq"
06:45 30.06.2025
"Nissan" maliyyə ilini zərərlə başa vurub
06:39 30.06.2025
Qlobal maliyyə böhranı gözlənilir mi?
06:21 30.06.2025
Mikroorqanizmlər üçün "Nuhun gəmisi" yaradıldı
05:34 30.06.2025
Somali xüsusi təyinatlıları antiterror əməliyyatı keçirib
05:19 30.06.2025
İtaliyada güləş üzrə Avropa çempionu olan Azərbaycan millisi Vətənə qayıdıb
05:03 30.06.2025
Çoban iti sakinlərə hücum etdi
04:41 30.06.2025
ABŞ-da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub
04:30 30.06.2025
Denisovanların üzü ortaya çıxdı
04:08 30.06.2025
"Son 4 ildə 3-cü dəfə Avropa çempionu olduq"
03:51 30.06.2025
Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?
03:46 30.06.2025
"Z" nəslinə etiket dərsi keçiləcək
03:25 30.06.2025
Serbiyadakı etirazlar bütün ölkəni bürüyür -Paytaxtda nəqliyyat iflic olub
02:55 30.06.2025
İranın 400 kiloqram zənginləşdirilmiş uranı nəzarətdən itib
02:32 30.06.2025
Klublararası dünya çempionatı: "Bavariya" 1/4 finala vəsiqə qazandı
02:16 30.06.2025
Nazir vurma cədvəlini bilmədi
02:08 30.06.2025
Ağdamda polis əməkdaşı minaya düşdü
02:01 30.06.2025
"Saxta "Telegram" kanalının məlumatı Rusiyadakı soydaşlarımıza qarşı təxribatdır"
01:55 30.06.2025
İstanbulda dənizdə çimmək qadağan olundu
01:31 30.06.2025
Klublararası dünya çempionatı: "PSJ" "İnter Mayami"ni darmadağın etdi
01:08 30.06.2025
Qranada şəhərində Ərəb hökmranlığının izləri
00:33 30.06.2025
Rusiyanın daha bir şəhərində azərbaycanlılara qarşı əməliyyat keçirildi
00:23 30.06.2025
Məzunlar niyə işsiz qalır?
00:14 30.06.2025
Makron Pezeşkianla nə danışdı?
00:07 30.06.2025
30 İyun – Azərbaycan sevgisinin simvolik günüdür
00:01 30.06.2025
Çin yeni silah yaradıb
23:59 29.06.2025
Nəm salfetlər təhlükəlidirmi?
23:44 29.06.2025
Milli Məclisin vitse-spikeri Pyotr Tolstoya cavab verdi: "Həyasız, insanlığa sığmayan açıqlamadır"
23:26 29.06.2025
Pakistanda güclü yağışlar fəlakət gətirdi -43 nəfər həlak oldu
23:11 29.06.2025
“ABŞ heç nə edə bilmədi, Tramp hər şeyi şişirdir”
22:56 29.06.2025
Hamısı