Tuğra xanımın şərəfinə inşa olunan Xan sarayı

Mədəniyyət 10:26 16.05.2025

Talış xanlarının soyundan olan Mirəhməd Xan Talışlı 1913-cü ildə Tiflisdə keçirilən gözəllik yarışmasında birinci yerə çıxan həyat yoldaşı Tuğra xanımın şərəfinə Lənkəranın mərkəzində möhtəşəm bir ev tikdirir. Bu bina Lənkəranda inşa edilən ilk çoxmərtəbəli tikili olmaqla yanaşı, həm də elektrik və mərkəzləşdirilmiş isitmə sistemi ilə təmin edilən ilk ev kimi tarixə düşür.

“EDnews” xəbər verir ki, binanın layihəsini fransız və italyan memarlar hazırlasalar da, tikilidə Azərbaycan milli memarlıq üslubunun cizgiləri də açıq-aşkar hiss olunur. Binanın şimal və qərb fasadları qırmızı kərpic və ağ işləməli daşla inşa edilib, şərq və cənub tərəfləri isə yalnız qırmızı kərpiclə hörülüb. İkinci və üçüncü mərtəbələrdə yerləşən rəngli şəbəkə pəncərələr yoldan keçənlərin içəriyə baxmasına imkan verməyib və xanım Tuğranı belə demək mümkünsə, yad baxışlardan qoruyub.

Xanın sarayı 12 otaqdan ibarətdir. Birinci mərtəbədə Mirəhməd xanın qəbul otağı və qonaq otağı yerləşir. İkinci mərtəbə Tuğra xanımın şəxsi otaqlarına ayrılır. Üçüncü mərtəbədə isə mühafizəçilərin yerləşdiyi və silah anbarı kimi istifadə olunan otaqlar var.

Mirəhməd xan vəfat edəndən sonra ev sovet hökuməti tərəfindən müsadirə olunub, Tuğra xanım evdən çıxarılıb. O, Bakıya köçüb və ömrünün sonuna qədər orada yaşayıb. Kimliyini gizlətməyə məcbur olan Tuğra xanım bir müddət sadə həyat sürüb, hətta xadimə kimi də çalışıb.

Sovet dövründə Xan sarayı dövlət obyekti, daha sonra isə Şəhər Sovetinin binası kimi istifadə olunub. Bu illər ərzində Tuğra xanımın cehizi olan yeddi Venesiya güzgüsündən altısı itib. Yalnız 1990-cı illərdə onlardan üçü binaya qaytarılıb.

Hazırda bu tarixi binada Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir.

Fatimə Mərdanlı //EDnews 

Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?

Xəbər xətti

Rusiya niyə yalnızlaşır? -Analitik Baxış
11:14 30.06.2025
Çində yeni dəb yaranıb
10:59 30.06.2025
Səfərov qardaşlarının nəşi bu gün Bakıya gətiriləcək
10:49 30.06.2025
"ABŞ zərbələrdən iki saat əvvəl İrana xəbərdarlıq edib" -Pentaqon
10:44 30.06.2025
Yağışdan çıxıb yağmura düşən Mali xalqı - Afrikada rus neomüstəmləkəçiliyi
10:29 30.06.2025
Ağdamda minaya düşən polis əməkdaşının son vəziyyəti açıqlandı
10:26 30.06.2025
"Yəqin ki, orada üç yox dörd nüvə obyekti var"
10:14 30.06.2025
Lizinqlə avtomobil alanların diqqətinə: Müqavilələri diqqətlə oxuyun!
09:57 30.06.2025
Ay ətrafında ilk dövrəni tısbağalar vurub
09:29 30.06.2025
Zelenski Rusiyanın Ukraynaya qarşı hücumlarını şərh edib
09:14 30.06.2025
Yurasek "Beşiktaş"da
08:58 30.06.2025
Rusiyada bonus və mükafatlar kütləvi şəkildə ləğv edilir
08:34 30.06.2025
Boşanma uşaqları ölümə aparır
08:12 30.06.2025
Kəngərliyə növbəti köç baş tutdu
07:54 30.06.2025
" Tramp ABŞ-ni borc köləliyinə aparır"
07:49 30.06.2025
II Ramzes nədən ölüb? -Fironun sirrləri açıldı
07:36 30.06.2025
Türkiyədə mərasim zamanı 52 nəfər qidadan zəhərlənib
07:13 30.06.2025
"Uranın zənginləşdirilməsini dayandırmayacağıq"
06:45 30.06.2025
"Nissan" maliyyə ilini zərərlə başa vurub
06:39 30.06.2025
Qlobal maliyyə böhranı gözlənilir mi?
06:21 30.06.2025
Mikroorqanizmlər üçün "Nuhun gəmisi" yaradıldı
05:34 30.06.2025
Somali xüsusi təyinatlıları antiterror əməliyyatı keçirib
05:19 30.06.2025
İtaliyada güləş üzrə Avropa çempionu olan Azərbaycan millisi Vətənə qayıdıb
05:03 30.06.2025
Çoban iti sakinlərə hücum etdi
04:41 30.06.2025
ABŞ-da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub
04:30 30.06.2025
Denisovanların üzü ortaya çıxdı
04:08 30.06.2025
"Son 4 ildə 3-cü dəfə Avropa çempionu olduq"
03:51 30.06.2025
Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?
03:46 30.06.2025
"Z" nəslinə etiket dərsi keçiləcək
03:25 30.06.2025
Serbiyadakı etirazlar bütün ölkəni bürüyür -Paytaxtda nəqliyyat iflic olub
02:55 30.06.2025
İranın 400 kiloqram zənginləşdirilmiş uranı nəzarətdən itib
02:32 30.06.2025
Klublararası dünya çempionatı: "Bavariya" 1/4 finala vəsiqə qazandı
02:16 30.06.2025
Nazir vurma cədvəlini bilmədi
02:08 30.06.2025
Ağdamda polis əməkdaşı minaya düşdü
02:01 30.06.2025
"Saxta "Telegram" kanalının məlumatı Rusiyadakı soydaşlarımıza qarşı təxribatdır"
01:55 30.06.2025
İstanbulda dənizdə çimmək qadağan olundu
01:31 30.06.2025
Klublararası dünya çempionatı: "PSJ" "İnter Mayami"ni darmadağın etdi
01:08 30.06.2025
Qranada şəhərində Ərəb hökmranlığının izləri
00:33 30.06.2025
Rusiyanın daha bir şəhərində azərbaycanlılara qarşı əməliyyat keçirildi
00:23 30.06.2025
Məzunlar niyə işsiz qalır?
00:14 30.06.2025
Hamısı