ABŞ prezidenti Donald Tramp İranın daha bir nüvə obyektinə sahib ola biləcəyini açıqlayıb.
“EDnews” xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsi zamanı danışıb.
Onun sözlərinə görə, Vaşinqton İranda belə obyektlərin çox olduğunu bilirdi.
"Biz bilirdik ki, onların çoxlu obyektləri var. Yəqin ki, orada üç yox dörd obyekt var. Lakin onların üç əsas obyekti var idi və biz bilirdik ki, onlardan imtina etməli olacaqlar", - Tramp deyib.
Onun sözlərinə görə, danışıqlar zamanı buna nail olmaq olardı. Lakin İran uranı zənginləşdirmək istədiyini bildirib.