Alimlər Afrika torpaqlarını quraqlıqdan xilas etməyin yolunu tapıblar – BMT dəstəyi ilə yeni strategiya hazırlanır

Ekologiya 10:18 27.05.2025

Iqlim dəyişikliyi və quraqlıqla üz-üzə qalan Afrika üçün ümidverici addım atılıb. Birləşmiş Millətlər Universitetinin Su, Ətraf Mühit və Sağlamlıq İnstitutu (UNU-INWEH) beynəlxalq tərəfdaşlarla birlikdə Afrika İttifaqının yeni Suvarma və Kənd Təsərrüfatı Su İdarəetmə Strategiyasının həyata keçirilməsi üzrə analitik hesabat hazırlamağa başlayıb.

Afrikada kənd təsərrüfatı sahələrinin böyük hissəsi hələ də yağış sularından asılıdır. Halbuki qitə yüksək suvarma potensialına malikdir. Bu səbəbdən suvarma sistemlərinin inkişaf etdirilməsi həm məhsuldarlığın artırılması, həm də iqlim dəyişikliklərinə uyğunlaşmaq baxımından həyati əhəmiyyət daşıyır.

UNU-INWEH-in layihə meneceri, professor Tafadzva Mabhaudhi bildirib ki, "Dayanıqlı suvarma təkcə məhsuldarlıqla bağlı deyil. Bu, insanlara və planetə fayda gətirən ədalətli və davamlı aqro-ərzaq sistemlərinin yaradılması deməkdir."

Yeni strategiyada su ehtiyatlarının sistemli və strukturlaşdırılmış idarə olunması əsas istiqamət kimi müəyyən edilib. Bununla yanaşı, layihənin uğurla həyata keçirilməsi üçün yalnız texniki həllərlə kifayətlənmək mümkün deyil – həm də sosial, ekoloji və idarəetmə amilləri nəzərə alınmalıdır. Buraya landşaft dəyişikliyi, torpaq istifadəsi, suya çıxış imkanlarında ədalətlilik və yerli icmalar arasında qərarvermə hüququ daxildir.

UNU-INWEH-in direktoru, professor Kaveh Madani isə vurğulayıb:
"Su, enerji və ətraf mühit sistemlərinin transformasiyası Afrikanın kənd təsərrüfatı potensialını üzə çıxarmaq və iqlim zəifliyini azaltmaq üçün açardır."

Bu strategiyanın həyata keçirilməsi yalnız Afrikada ərzaq təhlükəsizliyinin təmin olunmasına deyil, həm də qlobal miqyasda davamlı kənd təsərrüfatı və ekoloji balansın qorunmasına töhfə verə bilər. Afrika torpaqlarının canlanması təkcə bir qitənin deyil, dünyanın gələcəyi üçün də mühüm addımdır.

Fatima Şükürova // EDnews

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
"Azərbaycan və Ermənistan liderlərinin görüşü regionda davamlı sülh üçün ümid verir"
12:20 10.07.2025
Yekaterinburqda həbs olunan Ayaz və Akif Səfərovların apellyasiya şikayətinə baxılıb
12:05 10.07.2025
Azərbaycan neftinin qiyməti 76 dolları keçdi
11:50 10.07.2025
"Növbəti il bütün müəllimlər sertifikasiyadan keçmiş olacaq"
11:05 10.07.2025
Bakı–Tbilisi–Qars dəmir yolu xətti üzrə razılaşma baş tutub
10:50 10.07.2025
İsveçin miqrasiya naziri ifrat sağçı qohumu səbəbilə təzyiqlərlə üz-üzədir
10:35 10.07.2025
Füzuliyə beynəlxalq səyyahlar gəliblər
10:20 10.07.2025
Hamısı