Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Milli Məclisin plenar iclasında yeni doğulan uşaqlar üçün ayrılan birbaşa müavinətlə bağlı deputatların narazılıqlarına cavab verib.
Nazir müavini deyib ki, bu gün təqdim edilən büdcə zərfində göstərilən 7 milyon 200 manat işləyən şəxslərin övladları üçün nəzərdə tutulub:
“Lakin işləməyən valideynlərin yeni doğulan övladları üçün 10 milyon manat müavinət ödənilməsi planlaşdırılıb”.
O əlavə edib ki, ümumilikdə müavinətlər üçün nəzərdə tutulan rəqəm 17 milyon manatdır.